Moskvada beynəlxalq forum keçirilir
Tarix: 21.04.2016 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


Aprelin 20-də Moskvada “Müsəlman ölkələrinin jurnalistləri ekstremizmin əleyhinədir” mövzusunda ikinci beynəlxalq forumun açılışı olub.
AZƏRTAC xəbər verir ki, forumun işində təxminən 20 müsəlman ölkəsini, o cümlədən Azərbaycan, Misir, İran, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və İndoneziyanı təmsil edən 40-dan çox aparıcı jurnalist iştirak edir.
Forumun plenar iclasını RF xarici işlər nazirinin müavini, Yaxın Şərq və Afrika ölkələri, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq müsəlman təşkilatları ilə Rusiyanın münasibətləri məsələləri üzrə kurator Mixail Boqdanov açıb.
İkinci beynəlxalq forumun əsas məqsədi ekstremistlərə qarşı mübarizə sahəsində informasiya siyasətinin müzakirəsini davam etdirməkdir.
İki gün sürəcək forumun təşkilatçıları bu tədbirin əsas yekun sənədi kimi BMT baş katibinə müraciət qəbul etməyi planlaşdırırlar. Müraciətdə internet şəbəkəsində ekstremist resursların bloklanması üçün vahid mexanizm hazırlamağa çağırış olacaq. Daha bir tədbir – terrorçu təşkilatların fəaliyyətlərinin televiziyada işıqlandırılmasının qadağan edilməsi barədədir.
Beynəlxalq forumun təşkilatçısı “Rusiya–İslam dünyası” strateji baxış qrupudur. Qrupun sədri Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovdur.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Ermənistanda hər gün cinayətkarlıq artır
23.01.2019
Türkiyə Prezidenti Rusiyada səfərdədir
23.01.2019
Qazaxıstan Respublikasının adı dəyişir
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info