Vaxta, sağlamlığa və pula çox həssas yanaşan cəmiyyət
Tarix: 22.04.2016 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Yaxud müasir Qərb bank sistemi, Britaniya bankları, birjalar necə ortaya çıxıb?

(Əvvəli ötən sayımızda)

Ötən yazımızda ingilislərin bir sıra xüsusiyyətləri ilə bağlı fikirlərimi bildirmişdim. Bu yazıda da orada yaşadığım müddətdə onların müşahidə etdiyim və dostlarımdan öyrəndiyim digər keyfiyyətlərini sadalamaq istərdim. Bunların oxucular üçün maraqlı olduğunu düşünürəm...

Hər hansı şikayətə qarşı həssasdırlar və buna ciddi yanaşırlar
Beləliklə, əsas məsələlərdən biri odur ki, ingilislər şəxsi münasibətlərdə heç kəsin haqqını yeməzlər. Əgər çətinliyə düşmüsənsə və yalan danışmırsansa, onlar səni tanıyanda mütləq sənə yardım edəcəklər. Bu baxımdan hər şeyi yoluna qoymağa çalışırlar və bunu bacarırlar. Həmçinin hər hansı şikayətə qarşı həssasdırlar və buna ciddi yanaşırlar. Əgər orada hansısa məsələdən şikayətin varsa, səni diqqətlə dinləyirlər və mütləq şikayət etdiyin çatışmazlığı aradan qaldırmağa çalışırlar. Elə edirlər ki, məmnun qalasan. Münasibətlərdə ən azından, zahirən də olsa, hamıya hörmətlə və nəzakətlə yanaşırlar. Xoşlarına gəlmədikləri bir məqam olanda belə, bunu üzə vurmamağa və səninlə əvvəlki davranış tonlarını dəyişdirməməyə çalışırlar. Bütün bu cür davranışlarında soyuqqanlılıq və mədənilik nümayiş etdirirlər.

Nahaq yerə deyil ki, Londonu “dünyanın maliyyə kapitalı” adlandırırlar...
Bundan başqa, ingilislər pula qarşı çox həssasdırlar və pulla necə davranmaq lazım olduğu barədə Maks Veberin qeyd etdiyi əsl “protestant etikası” və ya “kalvinizm” nümayiş etdirirlər, qənaətcillikləri və pul artırmaq, pul cəlb etmək bacarıqları ilə seçilirlər. Protestant etikası ilə bağlı məşhur bir deyim var. Təxminən bu cürdür: “Protestant etikası həyatın mənasını pul artırmaq və pulun sənə verə biləcəyi nəşədən imtina etməklə pul artırmaqda görür”. Burada ağıla ilk gələn müasir Qərb bank sistemi və Britaniya bankları, birjalarıdır... Nahaq yerə deyil ki, Londonu “dünyanın maliyyə kapitalı” adlandırırlar... O da maraqlıdır ki, Britaniya valyutası olan funtun dəyəri, digər valyutalara baxanda, demək olar ki, heç düşmür, devalvasiya və inflyasiya göstəriciləri nəzərəçarpmayacaq dərəcədədir...

İngilislər sağlamlığa çox ciddi fikir verən insanlardır
İngilislər sağlamlığa çox ciddi fikir verən insandırlar. Onların arasında ən çox düzənsiz, nizam-intizamsız olanları belə, idmanı sevirlər və onun sağlamlıq təminatı olduğunu yaxşı qiymətləndirirlər. Burada idman yerləri və parklarda həm böyüklər, həm də kiçiklər üçün nəzərdə tutulmuş idman qurğuları doludur. Həmçinin bunların heç biri istifadəsiz qalmır. Çünki idman yerləri burada ağzına qədər dolu olur. Xüsusən də istirahət vaxtları və həftə sonlarında.
Yuxarıda qeyd edilənlərdən başqa, ingilislər metropol şəhərlərdə yaşamağı bir o qədər də sevmirlər. İngilislər soyuqqanlı inanlardır, italyanlıar və digər Cənubi avropalılardan fərqli olaraq sakitliyi sevirlər, çox ünsiyyətcillikdən qaçırlar və öz iş-gücləri ilə məşğul olmağa üstünlük verirlər. İşlərində dəqiqlikləri ilə fərqlənirlər. Doğrudur, bu, alman dəqiqliyi olmasa da, hər halda, avropalı dəqiqliyidir. Orada təhsil alan dostlarımdan birinin dediyinə görə, bir almanın, ingilisin və başqa bir avropalı millətin(indi xatırlamıram) nümayəndəsinin hazırladığı eyni layihə ayrı-ayrılıqda təqdim edilən zaman, layihələrə baxılmadan, almanın artıq bir bonusu var - alman dəqiqliyi. Amma, hər halda, bu, Avropada ümumi qəbul edilmiş nəzəri yanaşmadır...

Vaxtın qədrini bilirlər...
İngilislər pulu çox yaxşı qiymətləndirdikləri kimi, vaxtı da çox yaxşı qiymətləndirirlər. Yəqin vaxtın potensial pul olduğunu çox yaxşı bildiklərindəndir. Kollecdə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Yaxud inglislər iş vaxtlarında sənə bir dəqiqə belə, vaxt ayırmazlar və öz işləri ilə məşğul olarlar. İngilislər əyləncəni sevsələr də, bu barədə “ağını da çıxarmırlar”. Məsələn, burada həftəiçi istirahət edən 1 adam belə, görmək mümkün deyil. Bunun əksinə olaraq, Şərqin, xüsusən də müsəlman Şərqinin əsas problemlərindən biri vaxt israfıdır... Bununla, yəqin ki, istənilən oxucu razılaşardı...
Bundan başqa, britaniyalılar həddindən artıq açıq fikirlidirlər. Yəni bizdə ifadə edilməyəcək fikirlərini, hiss və emosiyaları çox sərbəst şəkildə ifadə edirlər. Bu baxımdan hər şeyə, bütün açıq-saçıq fikirliliyə normal yanaşırlar. Yaxud da burada “mavilər” çox normal qarşılanır. Bioloji olaraq kişi və qadın cinsinə mənsub “mavilərin” burada çox sərbəstcə “tapışdıqlarını” müşahidə etmək olar. Amma bu baxımdan mühafizəkar olanları da var ki, belə münasibətləri sevmirlər və ya özlüklərində qəbul etmirlər, amma zahirən normal yanaşırlar. Yaxud geyim, saç düzümü məsələlərində də olduqca sərbəst və limitsizdirlər, istənilən qədər bu baxımdan zövq, təxəyyül və kreativliyini işə sala, özünü hər dona sala bilərsən, əmin ol ki, sənə gözlərinin ucu ilə də baxmazlar. Bu barədə ötən yazıda da qeyd edilmişdi.

“Gender bərabərliyi” burada
qabarıq təzahür edir...

Bundan başqa qadın-kişi münasibətləri də olduqca sərbəstdir və rəsmi nikah məsələsi bu baxımdan münasibət qurmalarına əngəl yaratmır. Yaxud nikahsız uşaq sahibi olmaq, boşanmaq, bir yerdə yaşamaq şəxsi həyat tərzi kimi qəbul edilir və ictimai qınaqdan tam amandadır.
Həmçinin “gender bərabərliyi”nin burada öz qabarıq nümunələri var və qadınlar burada ən ağır işlərdə belə, kişiləri əvəz edə, metroda qatar sürə, yaxud asfalt qaza bilirlər. Yəni ictimai inkişafda və məşğulluqda qadın əməyinə hər hansı məhdudiyyətdən və bu baxımdan güclü cinsin hər hansı diskriminasiyasından söhbət gedə bilməz.

“Pivənin bir bakalı iki penniyə” deyilmiş...
İngilislər, dediyim kimi, əyləncəni, istirahəti sevirlər və cümə günü - həftənin sonuncu iş günündən artıq bütün barlar, pablar və gecə klubları dolu olur. Əgər bizdə pivə mövsümü yalnız ilin isti fəsilləri və ayları sayılırsa, orada bütün fəsillərdə pivənin ən çox içilən içkidir. Amma burada pivə, məşhur filmimizdə deyildiyi kimi, heç də “bir bakalı iki penniyə” deyil. Burada növündən asılı olaraq pivənin bir bakalı 3 funtdan 4 funta və hətta, bəzən daha baha olur. Amma yeməklə birgə pivə sifaril edəndə, nisbətən ucuz almaq olur. İngilislər öz pivələrini çox yüksək qiymətləndirirlər. Digər Avropa pivələrindən öz pivələrini fərqləndirirlər və burada da qürurla “biz və Avropa” yanaşmasından yararlanırlar. Biz tələbələrlə oturub yemək yeyən və pivə sifariş verən ingilis müəllimimiz bildirdi ki, ingilis pivələri Avropa pivələrindən dadına və tərkibinə görə fərqlənir: “Əsas fərq budur ki, bizim pivələr qazsız, təbii olur, Avropa pivələri isə qazlı”.
İngilislər həftə sonları pablarda pivə içərkən, onlara yanaşaraq, söhbətləşmək maraqlıdır. Bu vaxt onların çoxuG əsasən, səninlə, ölkən və mədəniyyətinlə maraqlanmağa, danışmağa çox həvəsli olur. İngiliscə ünsiyyət qurmaq həvəsində olan tələbələr üçün bu, yaxşı fürsət kimi dəyərləndirilməlidir...
(əvvəli ötən saylarımızda)
İlkin AĞAYEV
Bakı-London-Kardiff-Svansi-Kent-London-Bakı




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info