“Synergy Baku“ Dünya Turu komandalarından öndə
Tarix: 22.04.2016 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Xorvatiyada təşkil edilən "Tour of Croatia" veloyürüşündə mübarizə aparır.
Beynəlxalq Velosipedçilər İttifaqının 6 günlük yarışında Qazaxıstanın "Astana", Cənubi Afrika Respublikasının "Dimension Data", İsveçrənin "İAM Cycling", Rusiyanın "Tinkoff" və ABŞ-ın "Trek Sagefredo" kimi Dünya Turu komandaları, həmçinin 7 peşəkar kontinental və 9 kontinental komanda çıxış edir. İştirakçılar arasında "Dimension Data" klubunun şərəfini qoruyan dünyanın ən sürətli velosipedçilərindən biri, 2011-ci ilin dünya çempionu və həmin il "Tour de France" yarışının ən yaxşı sprinteri adına layıq görülən britaniyalı Mark Kevendiş də var. Yarışın 230 km-lik ilk mərhələsindəcə komanda hesabında vaxt göstəricisinə görə planetin ən güclü komandalarını qabaqlamaqla ilk pilləyə yüksələn "Synergy Baku", 240 km-dən ibarət 2-ci mərhələdə də üstünlüyünü qoruyub. Fərdi göstəricilərə gəlincə, birinci gün 9-cu olan Yannis Tamuridis, növbəti gün də komandamızın heyətində ən yaxşı nəticə göstərib - 11-ci yer. Ümumi təsnifatda velosipedçimiz hazırda lider köynəyinin sahibi Mark Kevendişə 16 saniyə uduzmaqla 8-cidir. Ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək elit yığma komandamızın üzvü Maksim Averin 19-cu mövqedə qərarlaşır. Yarışın yaşı 23-dək olan velosipedçilərinin mübarizəsində Samir Cəbrayılov 5-ci yerdədir.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib
23.09.2018
“Qalatasaray” ikinci dəfə böyük hesabla məğlubiyyətə uğrayıb
23.09.2018
Azərbaycan Premyer Liqası: “Sumqayıt” səfərdə “Keşlə”ni məğlub edib
23.09.2018
Dünya çempionatının dördüncü günündə yeddi ölkənin cüdoçuları fəxri kürsüyə qalxıblar
23.09.2018
Kifayət qədər yaxşı oyun nümayiş etdirdik

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info