Rusiya daha bir silahı sınaqdan keçirdi
Tarix: 22.04.2016 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Rusiyada qitələrarası ballistik raketlərlə təchiz olunmuş yeni hipersonik sürətlə uçan aparatın sınağı keçirilib. "İnterfaks" agentliyinin məlumatına görə, Orenburq regionunda həyata keçirilən «ICBM RS-18» -Qərbin təsnifatı ilə - "Stiletto» adlı ballistik raketli aparatın test sınağı uğurla həyata keçirilib.
Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi bu olayla bağlı hələ ki, hər hansı bir şərh verməyib. Bununla yanaşı, ölkənin raket və kosmik sənayesi rəsmiləri məlumatı nə təsdiq, nə də təkzib etməyib. Raket sahəsi üzrə mütəxəssislər yeni rus silahını raketdən müdafiə sistemlərindən yan keçə bilən ən potensial silah kimi dəyərləndirirlər. Bir müddət bundan əvvəl «Pravda.ru» da xəbər verirdi ki, «Rusiyanın hərbi sahədəki hərəkətlərinə reaksiya» olaraq Vaşinqton da havadan müdafiə sistemini genişləndirmək niyyətini gizlətməyib. Bu barədə müdafiə nazirinin baş köməkçisi Brayan Makkeonun ABŞ Konqresinin iclasındakı çıxışına istinad edən TASS agentliyi bildirib. Çıxışında ABŞ qanunvericiliyini əsas gətirən baş köməkçi Rusiyanın orta və qısa mənzilli raketlər haqqında müqaviləni pozduğunu iddia edərək ölkəsinin havadan müdafiə sistemində dəyişiklik, dəqiq desək, gücləndirilməsinin tələb olunduğunu bildirib. «Rusiyanın davranışı bizi bu ölkənin hərbi fəaliyyətinə cavab olaraq yeni strategiya həyata keçirmək zorunda qoyur. Bu, bizi havadan müdafiə sahəsində modifikasiya və yeni imkanları genişləndirilməyə sövq edir»-deyə Pentaqonun səlahiyyətli nümayəndəsi bildirib. Bununla yanaşı, Pentaqon nümayəndəsi ABŞ Konqresində nüvə silahını azaltmaq barədə qəbul edilmiş qanunlara nəzarət edə bilən hökumətlərarası komissiyanın yaradılması təklifi ilə çıxış edib. Xatırladaq ki, 1987-ci ildə orta və qısa mənzilli raketlərin məhv edilməsi barədə iki ölkə arasında razılıq əldə edilsə də, ABŞ rəsmilərinin etirafına görə, Rusiya tərəfi bu razılığın şərtlərinə o qədər də önəm verməməkdə davam edir. ABŞ-ın irəli sürdüyü ittihamları isə Rusiya tərəfi həmişə rədd edib. Məhz elə bunu nəzərə alan ABŞ tərəfi hökumətlərarası komissiyanın yaradılması təklifi ilə çıxış edib. Lakin bütün bunlara baxmayaraq, Rusiya tərəfi yeni öldürücü silahların sınağını keçirməkdə davam edir. Rusiyanın Müdafiə Nazirliyinin verdiyi məlumata görə, ölkənin strateji raket qüvvələri 2016-cı ildə 20-dən artıq qitələrarası ballistik raketlərlə -«Yars»-la təchiz ediləcəklər. Bütün bunlarla yanaşı, Rusiyada stasionar əsasında "Sarmat" sinfinə daxil olan yeni silah yaratmaq üzrə işlər həyata keçirilir. O da bildirilir ki, bu il daha beş alay «Yars» kompleksi ilə təchiz ediləcək: «İrkutsk və Yoşkar-Ola diviziyalarından başlayaraq Novosibirsk, Kozelsk, Nijni Tagil istiqamətindəki ərazilər qitələrarası ballistik raketlərlə təchiz ediləcək».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info