Fermerlər yerkökünü müasir texnologiya ilə becərirlər
Tarix: 22.04.2016 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


Bərdə rayonunda torpaq mülkiyyətçilərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindən biri yerköküdür. Hələ keçmiş sovet dövründə Bərdə rayonu pambıqçılıq və taxılçılıqla yanaşı, yerkökünün də istehsal edildiyi rayon kimi tanınıb. İki ildir ki, rayonun yerkökü istehsalçıları müasir becərmə texnologiyalarının tətbiqinə başlayıblar.Soğanverdilər kənd sakini Allahverdi Abdullayev yeni texnologiya ilə becərmənin üstünlüklərindən danışıb. Bildirib ki, fermerlər müasir becərmə texnologiyalarından, damcı suvarma üsulundan, daha keyfiyyətli toxumlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olurlar. O deyib: “Müasir üsulla əkilən yerkökü sahələrini becərmək əvvəlkinə nisbətən daha çox vəsait tələb etsə də, yüksək məhsul almaq mümkündür. Yerkökü toxumu köhnə üsulla sentyabr ayında əkilirdisə, yeni üsulla əkin mart ayında aparılır. Bitkinin suvarılması damcı üsulu ilə həyata keçirilir. Damcı üsulu ilə suvarma zamanı suya qənaət edilir, su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, yumşaq qalır, alaq otları azalır. Yerkökünün görünüşü və sağlamlığı daha yaxşı olur, məhsuldarlıq yüksəlir”.Fermer qeyd edib ki, Türkiyədən gətirilmiş məhsuldar toxumun səpilməsi, tirə üsulu ilə becərmə, aqrotexniki qaydalara düzgün əməl edilməsi və damci ilə suvarma nəticəsində sahələrdə bol məhsul əldə edirlər. Əgər ənənəvi yolla becərmə zamanı məhsuldarlıq hər hektardan 20-25 ton olurdusa, yeni üsulla becərmə zamanı hektardan 60 tondan çox yerkökü götürülür.Fermer bu il 30 hektarda yerkökü becərəcəyini bildirib: “Artıq 5 hektar sahəyə toxum səpmişik. Növbəlilik əsasında hər 20 gündən bir 5 hektarda toxum səpiləcək. Sahənin hamısında eyni vaxtda səpin apardıqda məhsul yığımı və satışı zamanı çətinlik yaranır. Növbəlilik əsasında becərmə bu baxımdan çox əlverişlidir. Avqust ayından başlayaraq mərhələ-mərhələ sahələrdən məhsul çıxaracağıq. Təsərrüfatımızda il ərzində 60 nəfər işlə təmin edilir”.A.Abdullayev yerkökünün müasir texnologiya ilə becərilməsi üçün lazım olan texnikaları aldıqlarını bildirib. Qeyd edib ki, yerkökü istehsalının ən çətin mərhələlərindən biri olan yuyulub təmizlənmə də maşınlarla həyata keçirilir. Bu il yerkökünün yerdən çıxarılmasını və qablaşdırılmasını həyata keçirən texnika da alacaqlar. Gələcəkdə isə yerkökü əkilən sahələrin daha da artırılması nəzərə tutulur.
Yerkökü becərilməsində yeni texnologiyanın tətbiqi nəticəsində bu məhsula olan tələbatın daxili istehsal hesabına ödənilməsi mümkündür.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“Azeri Light”ın bir barreli 63,72 dollara satılır
19.07.2019
Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 13 faiz artıb
19.07.2019
Bakı-Şarm əl-Şeyx birbaşa aviareysi fəaliyyətə başlayıb
18.07.2019
Fermerlərə 23 milyondan çox subsidiya verilməsinə dair qərar qəbul edilib
18.07.2019
KOBİA-nın informasiya və məsləhət xidmətlərindən yüzlərlə sahibkar yararlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10834

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info