“İşğala son qoyulsa, atəşkəsə də ehtiyac qalmayacaq”
Tarix: 22.04.2016 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


"Heç kimin könlündən müharibə keçməz, müharibəni heç kəs arzulamır. Atəşkəsin əldə olunması doğru bir yoldur. Lakin bir problem var ki, bu da Azərbaycan torpaqlarının işğal altında olmasıdır. Atəşkəs müharibənin olmaması üçün şübhəsiz ki, sevindirici bir haldır. Ancaq bu, problemi aradan qaldırmır”.
Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.Səfirin sözlərinə görə, problemin özünü həll etmək, yəni işğalı dayandırmaq lazımdır. “Onun da parametrləri bəllidir”, - deyə o vurğulayıb. Problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olduğunu deyən İ. Coşqun qeyd edib ki, bu halda atəşkəsə də ehtiyac qalmayacaq. Onun sözlərinə görə, Azərbaycan torpaqları işğaldan azad edilsə, hər bir ölkə özünün tanınmış sərhədləri daxilində sülh içində yaşaya biləcək: “Bu normallaşma prosesində əsas işimizə dönə biləcəyik. Əsas işimiz də bölgənin, xalqlarımızın rifahı, işbirliyi, ticarətin inkişafıdır. Bunlara nail olmaq üçün vəziyyətin normallaşması lazımdır. Normallaşma üçün də işğala son verilməlidir. İşğala son qoyulsa, atəşkəsə də ehtiyac qalmayacaq”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
25.09.2018
“Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info