“385 nəfərə müasir tələblərə uyğun inşa olunmuş mənzillər verilib”
Tarix: 22.04.2016 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Səlim Müslümov Xızıda 4 rayon və şəhərin sakinlərini qəbul edib


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Xızı rayonunda bu rayonun və Abşeron, Qubadlı rayonlarının, Sumqayıt şəhərinin sakinlərini fərdi qaydada qəbul edib.
Əsasən məşğulluğun təminatı, əmək hüquqlarının müdafiəsi, pensiya təminatı, mənzillə təmin olunma, bərpa müalicəsinə köməklik göstərilməsi və s. məsələləri əhatə edən müraciətlər nazirliyin aidiyyəti məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə araşdırılıb. Vətəndaşların bir hissəsinin müraciətlərində qaldırdıqları məsələlərin həlli təmin olunub. İş yerləri ilə təmin edilmək üçün müraciət edən şəxslərə yaşadıqları ərazi üzrə boş (vakant) iş yerlərinə göndərişlər verilib, bir sıra şəxslərin nazirliyin bərpa müəssisələrində bərpa müalicəsinə cəlb edilməsi, ayrı-ayrı vətəndaşların əmək hüquqlarının təmin olunma vəziyyətinin araşdırılması tapşırılıb. Digər müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatlar verilib.
S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı sahəsində ardıcıl və məqsədyönlü işlərin aparıldığını vurğulayıb: “Ötən il və cari ilin keçən dövründə 385 nəfərə, o cümlədən 180 nəfər Qarabağ müharibəsi əlilinə, 205 şəhid ailəsinə nazirlik tərəfindən müasir tələblərə uyğun inşa olunmuş mənzillər verilib. Bu proses respublikanın bütün bölgələrini, o cümlədən hazılrda sakinlərini qəbul etdiyimiz şəhər və rayonları da əhatə edir. Qarşıdakı dövrdə də bu işlər davam etdiriləcək”.
Qəbul zamanı S.Müslümov ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciətlərin bu sahənin tam elektronlaşdırılmasına, yardım təyinatında müasir və şəffaf mühitin formalaşmasına aid olduğunu vurğulayıb: “Artıq iki aydan çoxdur ki, istifadəyə verdiyimiz Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi vasitəsilə ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin qəbulu və onlara baxılaraq qərar verilməsi prosesi tam avtomatlaşdırılmış şəraitdə aparılır. Bu prosesdə məmur iştirakı qətiyyən mümkün deyil və artıq kimə yardım təyin olunub-olunmaması məhz elektron sistem tərəfindən şəffaf şəkildə müəyyən edilir. Sadəcə olaraq, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edən vətəndaşlar Ərizə-bəyannamədə öz ailələrinin tərkibi, gəlirləri və əmlakları barədə düzgün, dəqiq məlumatlar verməlidirlər”.
Nazir əlillik təyinatının da elektron infrastrukturunun formalaşdığını, o cümlədən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi prosedurunun artıq avtomatlaşdırılmış şəraitdə aparıldığını qeyd edib. S.Müslümov bu amillərin, habelə ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin uzadılmasının, birinci dərəcə əlilliyin müddətsiz təyin olunmasının bu sahədə məmur-vətəndaş təmaslarını dəfələrlə azaltdığını, eyni zamanda müvafiq sahə ilə bağlı müraciətlərin azalmasına da səbəb olduğunu bildirib.
Qəbula gələn vətəndaşlar əhalinin sosial müdafiəsinin gücləndirlməsi, o cümlədən müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətləri aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.


İlkin




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info