İşıq əksetdirici xüsusi siqnal dirəkləri quraşdırılıb
Tarix: 22.04.2016 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Paytaxtın Heydər Əliyev prospektində, “Böyük Şor” yol qovşağına doğru olan istiqamətdə əsas yoldan köməkçi yola keçid üçün nəzərdə tutulmuş xüsusi hissələrdə asfalt üzərinə işıq əksetdirici siqnal dirəkləri quraşdırılıb.Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.Xüsusi siqnal dirəklərinin quraşdırılmasında məqsəd bəzi nizam-intizamsız sürücülərin köməkçi yoldan əsas yola çıxmasının qarşısını almaqdır.Bu cür halların qarşısının alınması üçün həmin ərazilərdə xəbərdaredici yol nişanlarının quraşdırılmasına və yolun hərəkət hissəsinə xüsusi qabarıq yolcizgi xətlərinin çəkilməsinə baxmayaraq, yenə də bəzi sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq köməkçi yoldan əsas yola çıxmağa cəhd göstərirdilər. Nəticədə isə digər avtonəqliyyat vasitələrinin hərəkətinə mane olur, bununla da qəza şəraiti yaranırdı. Hazırda isə sözügedən xüsusi siqnal dirəklərinin quraşdırılması ilə problemin qarşısı tamamilə alınıb.Qeyd olunub ki, işıq əksetdirici xüsusi siqnal dirəklərinin paytaxtın digər avtomobil yollarının zəruri olan hissələrində də quraşdırılır.Bu cür siqnal dirəklərinin quraşdırılması xüsusən sutkanın qaranlıq vaxtlarında avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təşkili üçün vacib bir addımdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Azərbaycan neftinin qiyməti dəyişdi
18.09.2019
Azərbaycan məhsulları beynəlxalq sərgidə təqdim olunur
18.09.2019
Goranboy və Tərtərdə inkubator məntəqələri istifadəyə verilib
18.09.2019
İqtisadiyyat nazirinin Şirvanda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib
18.09.2019
Azərbaycandan İsrailə ixracın dəyəri 91,6 milyon dollar artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info