Azərbaycan multikulturalizmi Avropanın diqqətində
Tarix: 22.04.2016 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Dünyada artan qeyri-sabitlik fonunda müxtəlif dinlərin və millətlərin nümayəndələrinin birgə yaşamasına əsaslanan Azərbaycan multikulturalizmi və tolerantlığı hər kəsə örnəkdir.Bu fikri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Drezden Filialının müşaviri Ağahüseyn Babayevlə görüşündə Almaniyanın Saksoniya torpağının ravvini Şneor Avlin bildirib.BBMM-in Drezden filialının fəaliyyəti və məqsədləri haqqında ravvinə məlumat verən A.Babayev Azərbaycanın multikulturalizm modeli, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasəti, birgəyaşayışın Azərbaycan modelinin dünyanın qabaqcıl universitetlərində, eləcə də Almaniyanın Auqsburq Universitetində öyrənilməsi ravvinin diqqətinə çatdırılıb. Əhalinin əksəriyyətinin müsəlmanlardan ibarət olmasına baxmayaraq, Azərbaycanda bütün dinlərə bərabər hörmətin olması, müsəlmanların, yəhudilərin və xristianların ölkədə mehribancasına yaşaması xüsusi olaraq vurğulanıb.Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında aprel ayının əvvəlində baş verən hadisələrdən çox təəssüfləndiyini qeyd edən ravvin Avlin yəhudi xalqının bir nümayəndəsi kimi Azərbaycan xalqının ağrılarını paylaşdığını deyib. O, həmçinin bildirib ki, XX əsrin ən dəhşətli soyqırımları hesab olunan Holokost və Xocalı qırğınları hər iki xalqın başına gətirilən faciələrdir. Xocalı soyqırımına ədalətli hüquqi qiymətin verilməməsi çox təəssüf doğurur.Şneor Avlin Azərbaycan hakimiyyətinin həyata keçirdiyi mütərəqqi multikulturalizm siyasətini ölkədə fəaliyyət göstərən yəhudi icmasının da yaxından hiss etdiyini qeyd edib. Bildirib ki, Azərbaycandakı Qırmızı qəsəbə İsraildən sonra yəhudilərin kompakt yaşadığı ikinci məkandır. Bu gün Azərbaycanın tolerantlığını görmək istəyən hər kəsin bu qəsəbəyə getməklə müsəlman və yəhudilərin mehriban dostluğunu görməsi kifayətdir.
BBMM-in Drezden filialının açılmasının çox vacib addım olduğunu bir daha vurğulayan qonaq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə gələcək fəaliyyətində uğurlar arzulayaq qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info