“Ümid edirəm ki, aradakı gərginliyi azaltmağa nail olacağıq”
Tarix: 22.04.2016 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramunt jurnalistlərlə ənənəvi görüşündə AŞPA yaz sessiyasının yekunları barədə açıqlama verib. 
APA-nın Avropa bürosunun xəbərinə görə, sessiya ərzində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə ayrı-ayrılıqda görüşdüyünü deyən P. Aqramunt, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr apardığını bildirib: “Biz bu həftə Dağlıq Qarabağ və eyni zamanda, Avropadakı digər dondurulmuş münaqişələrlə bağlı müzakirələr apardıq. Faktdır ki, əslində bu münaqişələr “dondurulmuş” deyil. Bunlar yavaş-yavaş alovlanan və davamlı olaraq bizim üzv ölkələrin və ümumiyyətlə, Avropanın təhlükəsizlik və stabilliyini sarsıdır. Dağlıq Qarabağ bölgəsindəki təmas xəttində son gərginliklər onu göstərir ki, bu münaqişə çox sürətlə əsl müharibəyə çevrilə bilər və biz bunu qəbul edə bilmərik. Bizim parlamentar kimi işimiz tərəflərin bu gərginliklərə imkan verməmələrinə, aralarında danışıqların aparılmasına, qarşılıqlı etimadın yaradılmasına çalışmaq və yeri gəldikdə, tərəfləri danışıqlar masasına əyləşdirmək üçün onlara yardım etməkdir. Mən bu həftə ayrı-ayrılıqda Azərbaycan və Ermənistan nümayəndə heyətləri rəhbərləri ilə görüşlər keçirdim. Mən tərəfləri gərginliyi azaltmağa və onsuz da bu illər ərzində vəziyyəti gərginləşdirən kəskin ritorikadan boyun qaçırmağa çağırdım. Tərəflər arasındakı mövqelər çox fərqli olsa da, biz yenə də öz səylərimizdən geri çəkilməməliyik. Burada yeganə alət yalnız dialoqdur. Mən hər iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri ilə danışıqları davam etdirəcəyəm. Ümid edirəm ki, aradakı gərginliyi azaltmağa nail olacağıq”.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Niderlandda Miqrasiya və İnteqrasiya Departamentinin nümayəndəsi ilə görüş keçirilib
22.01.2019
Azərbaycanlı deputat AŞPA-da gender bərabərliyinin vacibliyindən danışıb
21.01.2019
Bəzi parlamentarilər məsələnin məğzinə varmadan Azərbaycanın imicinə xələl gətirmək istəyirlər
21.01.2019
Müxalifət niyə ictimai asayişin pozulmasında maraqlıdır?
21.01.2019
Xaotik, zəif, sistemsiz aksiya: radikal qrupların sosial bazası yoxdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info