Azərbaycan dənizdə külək elektrik stansiyasının hesabına qaza qənaət edəcək 
Tarix: 22.04.2016 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Xəzər dənizi akvatoriyasında estakadalar üzərində külək elektrik stansiyasının tikintisi ildə təqribən 200 min kubmetr qaza qənaət etməyə imkan verəcək. Bunu jurnalistlərə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov deyib.
Agentlik rəhbərinin sözlərinə görə, bu layihə "Neft Daşları" kimi dünyada birinci olacaq.
O bildirib: "Biz əvvəllər estakadalardan istifadə etmədən suda elektrik stansiyası tikməyi düşünürdük. Lakin bu halda layihənin dəyəri bir milyard manatdan çox təşkil edərdi. Elektrik stansiyasının estakadalar üzərində inşası təxminən 500-550 milyon manata qənaət etməyə imkan verəcək. Bir neçə Çin şirkəti layihəyə cəlb edilib".
A.Bədəlov əlavə edib ki, külək elektrik stansiyası Xəzər dənizindəki estakadalarda Pirallahı və Çilov adaları arasında tikiləcək və onun gücü 200 meqavat təşkil edəcək: "Layihəyə əsasən iki ada arasında körpü tikiləcək. Bundan başqa, layihə bu ərazidə ekoloji turizmin inkişafını nəzərdə tutur. Külək enerjisinin qalığından Pirallahı rayonunda suyun şirinləşdirilməsi üçün istifadə ediləcək".

Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə
17.01.2019
Energetika Nazirliyi Serbiya Prezidentinin Rusiya mətbuatına açıqlamasına münasibət bildirib
17.01.2019
Özəl televiziyalara birdəfəlik maliyyə yardımı ayrılıb
17.01.2019
Neftçalada Regional Forum keçirilib
17.01.2019
DGK dövlət büdcəsinə 3,5 milyard manatadək vəsait köçürüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info