Abşeronda sahibkarlara güzəştli kreditlər verildi
Tarix: 22.04.2016 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Bu istiqamətdə növbəti tədbir –Xırdalan şəhərində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib. Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Abşeronda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
200-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Abşeron rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir istixana kompleksinin, üzlük daşların, dam örtükləri, plastik qablar və polietilen paketlər istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, bu investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodik materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, ümumilikdə, indiyədək Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1100-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə (bugünkü işgüzar forumda verilən kreditlər də daxil olmaqla) 312,5 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlər, taxıl anbarı, quşçuluq fabrikləri, istixana təsərrüfatları, çörək zavodları, tikinti materialları, tara, yüngül və yeyinti sənayesi məhsullarının istehsalı, ət, mis emalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.
İşgüzar forum çərçivəsində Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 20 sahibkara 6,4 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, müasir istixana kompeksinin yaradılması, quşçuluq, dondurma, hava kompressorları istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması nəticəsində 150-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Tədbir çərçivəsində güzəştli kreditlərdən istifadə edilməklə Abşeron rayonunun Xırdalan şəhərində ət emalı və Məhəmmədi kəndində yaradılmış müasir istixana kompleksinə baxış keçirilib. Ümumilikdə indiyədək 8 ət emalı müəssisəsinə 19,1 mln. manat, Abşeron və Bakı şəhərinin ətraf qəsəbələrində ildə 36,2 min ton tərəvəz məhsulları, 8 milyon ədəd dekorativ bitkilər, 10,6 milyon ədəd tərəvəz ştilləri istehsal etmək gücündə olan 25 müasir istixana kompleksinin yaradılmasına 77,8 milyon manat güzəştli kredit verilib.



İlkin




 
Bölməyə aid digər xəbərlər
27.02.2020
“Romada keçirilən biznes forum biz iş adamları qarşısında geniş imkanlar açır”
27.02.2020
Qızıl Dövlət Neft Fondunun investisiya portfelinin 11,4 faizini təşkil edir
27.02.2020
Dövlət Reklam Agentliyinin “İcazələr” sistemi “myGov” portalında
27.02.2020
Paytaxtda avtobuslar dezinfeksiya edilir
27.02.2020
“Azərişıq”-da daha bir yenilik

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11457

1 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
2 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
3 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
4 Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub
5 Gədəbəydə “ASAN Xidmət” modeli yaradıldı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info