Naxçıvanda Beynəlxalq Yer Günü təmizlik aksiyası ilə qeyd olunub
Tarix: 22.04.2016 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


Aprelin 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Duzdağ yolu ətrafında Beynəlxalq Yer Kürəsi Günü münasibətilə “Yer kürəsi hamımızındır” devizi altında təmizlik aksiyası keçirilib.AZƏRTAC xəbər verir ki, gənc fəalların iştirakı ilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Canməmməd Canməmmədov çıxış edərək Beynəlxalq Yer Kürəsi Gününün yaranma tarixi barədə ətraflı məlumat verib.Bildirilib ki, Azərbaycan Respublikasında və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında həyata keçirilən ekoloji siyasətin əsas məqsədi gələcək naminə mövcud ekoloji sistemin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə olunması ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Odur ki, iqtisadi fəaliyyət zamanı meydana çıxan ekoloji problemlərin həlli daim diqqətdə saxlanılır.Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında Beynəlxalq Yer Gününün mahiyyətini özündə əks etdirən genişmiqyaslı tədbirlər təşkil edilir, gənclərin həmin tədbirlərdə yaxından iştirakı təmin olunur. Bu istiqamətdə görülən işlərə gənclərin təmizlik aksiyaları, dövlət təbiət qoruqlarına ekskursiyaları misal göstərilib. Bugünkü tədbirin də diqqəti ekoloji məsələlərə cəlb etmək məqsədi daşıdığı bildirilib.Sonra gənclərin iştirakı ilə təmizlik aksiyasına start verilib. Onlar yaşıllıq zolağındakı ağaclara aqrotexniki qulluq göstərib, ətrafda səliqə-sahman yaradıblar.Daha sonra “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olan gənclər çay süfrəsi arxasında ekologiyanın mühafizəsinə dair diskussiyalar aparıblar.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info