Ölkəmizdə külək və günəş enerjisindən istifadə üçün əlverişli imkanlar var
Tarix: 22.04.2016 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Aprelin 22-də "ADA" Universitetində Beynəlxalq Yer Günü ilə əlaqədar Amerika Məzunlarının Avropa Şəbəkəsinin (ENAM) "Enerji, bərpa olunan mənbələr və dayanıqlılıq" mövzusunda 7-ci illik konfransı keçirilib. "ADA" Universitetinin rektoru, səfir Hafiz Paşayev alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) sahəsində Azərbaycandakı perspektivlərdən və həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. Hafiz Paşayev bildirib ki, "ADA" Universitetində də alternativ və bərpa olunan enerji mənbələri sahəsi daim diqqətdə saxlanılır, müxtəlif layihələr reallaşdırılır və tələbələrə bu enerji növünün üstünlükləri barədə zəruri məlumatlar çatdırılır.Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədri Akim Bədəlov ABOEM sahəsində Azərbaycanda həyata keçirilən dövlət proqramlarından və reallaşdırılan layihələrdən, onların əhəmiyyətindən, gələcək perspektivlərdən bəhs edib. Diqqətə çatdırıb ki, Azərbaycanda ənənəvi enerji mənbələri ilə yanaşı, sərfəli və ətraf mühitə xələl gətirməyən alternativ enerji mənbələri də daim diqqətdə saxlanılır.Bu sahənin inkişafında maarifləndirmə işlərinin önəmini qeyd edən A.Bədəlov bir neçə amilə xüsusi diqqət yetirilməli olduğunu deyib: “Birinci amil enerji mənbələrinin özlərinin mövcudluğudur. Bundan başqa, siyasi-iqtisadi vəziyyət ona imkan verməlidir ki, həmin sahə inkişaf etsin. Ən mühüm amil isə siyasi iradənin olmasıdır”.Dünyada enerjiyə tələbatın günbəgün artdığını vurğulayan ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, bu gün populyar enerji növü məhz alternativ və bərpa olunan enerjidir. Hazırda dünyada 350 milyard dollar dəyərində ABOEM layihələri icra edilir. Qlobal enerjidə külək və su enerjisi 30 faiz yer tutur. Günəş enerjisindən istifadə isə təxminən 20 faizədək artıb. Səfir bildirib ki, Azərbaycanda külək və günəş enerjisindən istifadə üçün əlverişli imkanlar var.Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) prezidenti İlqar Vəliyev, “BP Azerbaijan”ın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, "PAŞA Bank"ın idarə heyətinin sədri Taleh Kazımov və Amerika Məzunlarının Avropa Şəbəkəsi Assosiasiyasının baş katibi Massimo Kuqisi bərpa olunan enerji sahəsində uğurlu strategiyalar həyata keçirən, tədqiqat və inkişaf sahəsində müvəffəqiyyətlər qazanmış ölkələrin təcrübəsindən faydalanmağın əhəmiyyətini vurğulayıblar. Çıxışlarda dayanıqlı, ekoloji cəhətdən təmiz iqtisadiyyata keçid, ətraf mühitin təmizlənməsi üzrə qanunvericilik və onun tələblərinə əməl edilməsi, ekoloji cəhətdən təmiz metodlarla əldə olunan enerjinin təşviqi məsələlərinə toxunulub.Konfrans işini müxtəlif sessiyalarla davam etdirib. Bərpa olunan Enerji üzrə Amerika Şurasının vitse-prezidenti Tom Veyriçin “ABŞ-da bərpa olunan enerjinin perspektivləri: Bazarların, siyasətlərin, maliyyə və innovasiyanın qarşılıqlı əlaqəsi” adlı məruzəsi dinlənilib. T.Veyriç bütün ölkələrin milli bərpa olunan enerji siyasətinin hazırlanmasına, müvafiq qanunvericilik çərçivəsinin müəyyən edilməsinə, eləcə də bu sahədə elmi və texniki bacarıqların artırılması istiqamətində sərmayə qoyulmasına ehtiyac olduğunu qeyd edib.“ADA” Universitetinin, “AmCham”ın, ABOEMDA-nın, Amerika Məzunlarının Avropa Şəbəkəsi Assosiasiyasının və ABŞ Təhsilli Azərbaycan Məzunlarının (AAA) birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanın enerji sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri, Avropanın 15 ölkəsindən və ABŞ-dan Amerika təhsil proqramlarının 20 məzunu iştirak edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“AtaTravel” və “Edem Resort”dan xüsusi aksiya
10.12.2018
Avtomobildə külli miqdarda pirotexniki vasitə aşkarlanıb
10.12.2018
Vergi Məcəlləsinə son dəyişikliklər kimlərin xeyrinə olacaq?
10.12.2018
Pərviz Şahbazov: “Azərbaycanda bərpaolunan enerji mənbələrinin potensialı böyükdür”
10.12.2018
İnam Kərimov: “Doqquz ayda kənd təsərrüfatının ÜDM-də payı 4,3 faiz artıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info