“Azərbaycanla əlaqələr yüksək səviyyədədir və strateji xarakter daşıyır“
Tarix: 22.04.2016 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənc Diplomatlar Birliyi və Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə “Auditoriyada səfirdir” layihəsi çərçivəsində Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski ilə görüş keçirilib. 
İmre Laslotski diplomatiya sənəti barədə məlumat verərək, 1961-ci il Vyana Konvensiyasının diplomatın qarşısında qoyduğu vəzifələr barədə danışıb. 
Azərbaycan və Macarıstan arasında  ikitərəfli siyasi münasibətlərə toxunan səfir bildirib ki, əlaqələr yüksək səviyyədədir və strateji xarakter daşıyır. İmre Laslotski qeyd edib ki, son iki ərzində qarşılıqlı səfərlərin sayı 20-dən çox olub: “Əlavə etmək istəyirəm ki, prezidentlərimiz və nazirlərimiz arasında bir-birinə inam əsasında qurulmuş münasibətlər mövcuddur. Bunu yüksək qiymətləndiririk və əlimizdən gələni edəcəyik ki, bu səmimi münasibətlər daha da inkişaf etsin. İkitərəfli əlaqələrimizdə iqtisadi məsələlər də mühüm yer tutur. Münasibətlər dinamik inkişaf edir və potensial əməkdaşlıq sahələri də mövcuddur”.
 Macarıstan səfiri, həmçinin, ölkəsinin TürkPA-da müşahidəçi olduğunu və parlamentlər səviyyəsində də əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info