“Azərbaycan Səfəvi hökmdarı-I Şah Abbas” mövzusunda konfrans
Tarix: 22.04.2016 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində “Azərbaycan Səfəvi hökmdarı - I Şah Abbas” mövzusunda elmi-praktik konfrans keçirilib.
Nizami rayonundakı 201 nömrəli tam orta məktəbdə keçirilən konfransda layihənin rəhbəri, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov geniş çıxışında dövlətçilik tariximizdən, tarixi şəxsiyyətlərimizdən, tarixdə mövcud olmuş imperiyalarımızdan söz açmışdır. O, bildirdi ki, Azərbaycanın 5 min illik dövlətçilik tarixi var: “Azərbaycan xalqı dünya tarixində ən qüdrətli şəxsiyyətlər yetişdirmiş bir xalqdır. Xalqımız orta əsrlərin böyük dövlətlərini - Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaratmışdır”. Tarixçi-alim qeyd etdi ki, “Vikipediya” ensiklopediyasında Azərbaycanın tarixi şəxsiyyətləri təhqir olunur. Y.Mahmudov Səfəvi hökmdarı Şah Abbas (1587-1629) haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib. O bildirib ki, Şah Abbas Səfəvi imperiyasının tarixi torpaqlarını geri qaytarmaq üçün qalibiyyətli müharibələr apardığından Səfəvilərin hərbi-siyasi tarixini, xüsusilə Azərbaycan Səfəvi döyüşçülərinin cəngavərlik tarixini və xalqımızın hərbi sərkərdəlik keçmişini öyrənmək üçün “Tarixe-aləmaraye-Abbasi” əsəri misilsiz ilk mənbədir. “Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi”, - deyə AMEA-nın müxbir üzvü qeyd edib. Yaqub Mahmudov çıxışında bildirdi ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir: “Şagirdlər, Müstəqil Azərbaycanın gələcəyi sizlərin əlindədir”. İnstitut direktoru qeyd etdi ki, Ağqoyunlu və Səfəvi dövlətlərinin bütün tarixi ərzində Qərbi Avropa ölkələri ilə ən geniş əlaqələr Uzun Həsəndən sonra, bir də Şah Abbasın hakimiyyəti illərində yaradılıb. Tarixçi-alimlər tərəfindən konfransda vurğulanıb ki, Şah İsmayıl Xətai, Şah Təhmasib, Şah Məhəmməd Xudabəndə, Şah Abbas və b. Səfəvi hökmdarlarının saraylarında çoxsaylı Qərb diplomatları Azərbaycan Səfəvi dövləti ilə sıx qarşılıqlı əlaqələr yaratmaq üçün danışıqlar aparıblar.
Şah Abbasa həsr olunmuş konfransda daha sonra layihənin təşkilat komitəsinin sədri Araz Şamil, tarixçi-alimlər Tofiq Nəcəfli, Şahin Fazil, Zabil Bayramlı, Dilavər Əzimli, Mübariz Ağalarlı, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, 201 nömrəli tam orta məktəbin direktoru Süsən Salmanova və başqaları çıxış etmişlər. Qeyd edək ki, “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində konfranslar 2015-ci ilin aprelindən keçirilir. Ötən müddət ərzində Bakı şəhərinin müxtəlif orta məktəblərində layihə çərçivəsində Ulu öndər Heydər Əliyev, Şah İsmayıl Səfəvi, Ağa Məhəmməd şah Qacar, Nadir şah Əfşar, Şah Təhmasib Səfəvi və Tomirisə həsr olunmuş konfranslar keçirilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info