Regionlar arasında necə rəqabət yaratmaq olar?
Tarix: 22.04.2016 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Çingiz İsmayılov:“Yerli idarəetmə orqanları tərəfindən mütləq regionlarda biznes sərgiləri keçirilməlidir”

Bu gün dövlətimizin siyasətinin əsas hədəflərindən biri regionların sosial-iqtisadi inkişafıdır. Əlbəttə, bunda da əsas məqsəd Azərbaycanı qabaqcıl ölkələr səviyyəsinə çatdırmaqdır. Məhz bu məqsədə nail olmaq üçün Prezident İlham Əliyev tərəfindən regionların inkişaf etdirilməsi üçün üç (2004-2008, 2009-2013, 2014-2018-ci illər) Dövlət Proqram təsdiq edilib. Bundan başqa, regionların inkişafı ilə bağlı Prezident onlarla sərəncam imzalayıb.
Ölkə başçısının regionlara mütəmadi səfər edib proqramların icrası vəziyyəti ilə şəxsən maraqlanması, yüzlərlə istehsal müəssisəsinin, sosial obyektin təməlqoyma, açılış mərasimində iştirak etməsi bu işin daimi onun diqqətində olmasından xəbər verir. Elə Nazirlər Kabinetinin son iclasında da Prezident İlham Əliyev çıxışında regionların inkişafına diqqət yönəltdi: “Bu il regional inkişaf istiqamətində də çox böyük layihələr icra edilməlidir. Nəzərdə tutulmuş layihələrin icrası üçün təqribən 2 milyard manata qədər vəsait lazım olacaqdır. Bu işdə özəl sektor aktiv rol oynamalıdır. Ölkə iqtisadiyyatına, qeyri-neft sektoruna qoyulacaq investisiyalar özlüyündə daha da böyük canlanmaya, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq və yeni ixrac məhsullarımız da olacaq. Yerli icra orqanlarının rəhbərlərinin fəaliyyətini ilk növbədə o bölgələrdə, o rayonlarda iqtisadi inkişafın templəri müəyyən edəcəkdir. Çünki indi əsas vəzifə hər bir rayonun sosial-iqtisadi inkişafıdır”.
Regional İnkişaf Mərkəzinin sədri, BDU-nun professoru Çingiz İsmayılov “Palitra”ya bildirdi ki, regionların inkişafı biznes mühitindən asılıdır: “Hər bir regionda kiçik və orta sahibkarlığın inkişaf səviyyəsi yerli idarəetmə orqanlarının yaratdığı biznes mühitindən asılıdır. Ona görə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı üçün biznes mühit formalaşdırılmalıdır. Bunun üçün yerli idarəetmə orqanlarının məsələnin qoyuluşuna baxışı dəyişməlidir. Belə ki, idarəetmə orqanları biznes mühitini daha yaxşı etməlidir. Yəni sahibkarlar aktiv fəaliyyətə maraqlı olmalıdırlar. Hansı gəlirləri əldə edəcəklərinə onlarda inam yaranmalıdır. Yəni bu baxımdan yerli idarəetmə orqanlarının üzərinə böyük məsuliyyət düşür”.
Professorun sözlərinə görə, hər bir regionun özünəməxsus şəraiti var: “Mən dəfələrlə demişəm, yerli idarəetmə orqanları tərəfindən mütləq regionlarda biznes sərgiləri keçirilməlidir. Burada potensial investorlar üçün əlverişli təkliflər verilməlidir. Hər bir rayon öz simasını, bacarığını önə çıxarmağı bacarmalıdır. Bu baxımdan yerli idarəetmə orqanları çox passivdirlər. Təşəbbüskar deyillər. Yerli idarəetmə orqanları ancaq gözləməli deyillər ki, mərkəzi idarəetmə orqanları hər hansı işi görmək üçün bunlara sərəncam versinlər. Bir çox MDB ölkələrində, xüsusən Rusiyada kiçik vilayətlərdə belə, biznes sərgiləri keçirilir. Belə sərgilərdə hamı bir-biri ilə maraqlanır. Beləcə, regionlar arasında rəqabət başlayır. Məsələn, Sabirabad rayonunda belə bir mühit yaradılsa, o biri rayonlar da buna baxıb işləyəcəklər. İndi bütün dünyada hamı çalışır ki, investorları cəlb etsin. İnvestorlar da havaya pul yatırmırlar. Hamı o yerə pul yatırır ki, oradan gəlir əldə etsin”.
Çingiz İsmayılovun fikrincə, yerli idarəetmə orqanlarının fəaliyyətinin səmərəliliyi birbaşa o rayonların gəlirindən asılıdır: “Əgər hansısa rayon iqtisadi baxımdan yüksək gəlir verirsə, deməli, idarəetmə baxımından burada biznes mühitində iş düzgün qurulub. Hansı rayon hələ də mərkəzdən dotasiya əsasında öz durumunu təmin edirsə, deməli, orada idarəetmə baxımından fəaliyyət uğursuzdur”.
Həmsöhbətimiz təklif edir ki, regionlar arasında iqtisadi vəziyyətə görə reytinq aparmaq olar: “Bir çox ölkələrdə regionlar arasında gəlirlərə, investor cəlb etməsinə, biznes mühitinə görə reytinqlər keçirilir. Biz də isə belə reytinq yoxdur. Siz deyə bilərsizmi hansı rayon daha cəlbedicidir, daha rəqabətədavamlıdır? Bizdə rayonlarla bağlı, əsasən, kənd təsərrüfatı sahəsi daha əlverişlidir. İndi maraqlanmaq lazımdır ki, bu sahəyə regionlarda hansı investorlar yatırım edib. Regionların istənilən sahə üzrə üstünlükləri təyin edilməlidir. Biz bu analizlərlə rayonların təkanverici rolunu müəyyən edə bilərik. Biznes üçün də belə təkanverici amillər mütləq lazımdır”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info