“Ermənilər yoxsulluq və ədalətsizlik məngənəsində sıxılırlar”
Tarix: 23.04.2016 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Ermənistanda «vətəndaşlığın inkişafı» məfhumu son iki onillikdə artıq arxaizmə gömülməkdədir. Əslində isə sadə erməni xalqı bu gün də yoxsulluqla yanaşı, müdafiəsizlik məngənəsində boğulur.
Faktlara istinadən, bir müddət bundan əvvəl, erməni xalqının 76 faizindən çoxunun kasıblıq həddində yaşadığı barədə məlumat vermişdik. Təbii ki, bu faktlar bəzi oxucular tərəfindən birmənalı qarşılanmasa da, biz bu faktları Dünya Bankının təqdim etdiyi rəsmi sənədlərə istinadən bildirmişdik. Qeyd edək ki, bu fikirlərlə bağlı ermənilərin «Birinci informasiya» saytı Ermənistandakı son duruma istinad edərək məlumat yayıb: «Gün ərzində, təkcə maddi problemləri üçün 5 ABŞ dollarından artıq xərcləmək iqtidarında olmayan sadə erməninin bu xərci erməni mili valyutası ilə təqribən 2.5 min dram təşkil edir. Ay ərzində isə bu, umumilikdə 80 min dram civarındadır. Lakin bəzi erməni səlahiyyətliləri, erməni deputatları 80 min dramı təkcə nahar yeməklərinə və ya şəxsi avtomobilərinin benzin xərclərinə sərf edirlər. Erməni cəmiyyətində ölkə həyatı ilə və ya cəbhədəki hadisələrlə bağlı hər hansı bir xəbər yayılırsa bu, ölkə daxilində zorakı reaksiyalara səbəb olur. Lakin sadə xalqın gündəlik 2.5 min dram ümidinə yaşadığı barədə xəbərə heç bir reaksiya verilmir və ya verilsə də, bu çağırış mətbəx söhbəti səviyyəsindən o yana keçmir. Sadə ermənini düşündürən də elə bu məqamdır ki, ölkə üçün təhlükə anında yenə də 2.5 min dramın ümidinə qalmış erməni ailəsindən çıxmış əsgər və zabitin həyatı, başqa halda isə sırf mənəviyyatı əlindən alınır.
Sadə erməni üçün cəbhə xətti İrəvandakı hökumət dəhlizlərindəki sərhəddə yerləşir. Burda isə son iki onillikdə seçki fırıldaqçılığında və korrupsiyada daha da inkişaf etmiş ölkə rəhbərliyi mühafizə edilir. Yoxsulluq və ədalətsizlik məngənəsində sıxılan sadə vətəndaş isə gec də olsa, iki onillik ərzində itirdiyi mövqelərin cüzi hissəsini bərpa etməyə can atır».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info