Soçidə ŞƏT-in beynəlxalq forumu keçirilib
Tarix: 23.04.2016 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvü olan ölkələrin Soçidə beynəlxalq forumu keçirilib. Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş statusu haqqında memorandumu 2016-cı ilin mart ayında imzalayıb.
Forumda iştirak edən nümayəndələrin çox geniş tərkibi də bu tədbirdə burada müzakirə olunan problemlərin aktuallığına sübut idi. Postsovet məkanındakı və Asiya-Sakit okean regionundakı 26 ölkənin nümayəndələri yekdilliklə bu qənaətə gəliblər ki, ŞƏT çərçivəsində əməkdaşlıq müasir dövrün çoxsaylı geosiyasi çağırışlarına həqiqətən cavab verə bilər. ŞƏT üzvü olan ölkələr arasında əməkdaşlığın yüksək səviyyədə olduğu sahələr az deyil. Belə sahələrdən biri də müasir dünyanın əsl bəlasına çevrilmiş terrorizmə qarşı mübarizədir. Burada ekstremizmin yayılmasının qarşısını almaq üçün Rusiya və Azərbaycanın birgə iş təcrübəsi xüsusilə əlamətdardır. Azərbaycan ardıcıl olaraq dini tolerantlıq, bütün millətlər və dinlər arasında qarşılıqlı hörmətə əsaslanan dinc münasibətlər yaradılması siyasətini həyata keçirir. Rusiya da uzun illər boyu həmin istiqamətdə iş aparır. İki ölkənin xalqları arasında mehriban qonşuluq münasibətləri, bütün əlaqədar xidmətlərin daimi əlaqələri hər iki ölkədə müxtəlif fanatiklərin əməllərindən, “İŞİD” tərəfdarlarının insanları öz sıralarına cəlb etmək cəhdlərindən qorunmaq sahəsində yaxşı nəticələr verir. Milli Məclisinin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov öz çıxışında bu sahədə Rusiya ilə səmərəli qarşılıqlı münasibətləri xüsusi vurğulayıb. Onun fikrincə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla çoxdan tərəfdaşlıq münasibətləri yaradıb. Son illərdə Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Çin ilə əlaqələr, ilk növbədə iqtisadi sahədə münasibətlər uğurla inkişaf edir: “Biz Çinin “İpək Yolu” layihəsində maraqlıyıq, iqtisadi və kommunikasiya baxımından biz həmin layihənin mühüm komponenti ola bilərik. Asiyada formalaşmaqda olan təhlükəsizlik və əməkdaşlıq arxitekturasının başlanğıc mərhələsində iştirak etmək Azərbaycan üçün də çox vacibdir”. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevin fikrincə, ölkələr arasında münasibətlər xalq demokratiyasının inkişafı baxımından da ŞƏT üçün nümunə ola bilər: “Hər hansı birləşmə prosesi vətəndaş cəmiyyətinin dəstəyi ilə müşayiət olunmalıdır. Bu dəstək isə yalnız aşağıdan, beynəlmiləlçilik ideyalarını cəmiyyətdə tədricən irəlilətmək yolu ilə təmin edilə bilər. Rusiyada və Azərbaycanda insanların rifahına xidmət edən çoxsaylı bu cür layihələr həyata keçirilib. Özü də bütün bunlar, ilk növbədə, həm dövlət səviyyəsində, həm də regional səviyyədə humanitar əməkdaşlıq sayəsində mümkün olub”.




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Misir-Azərbaycan Dostluq parkında ulu öndər yad edilib
12.12.2018
“Heydər Əliyev və Özbəkistan”
12.12.2018
“Ermənistandakı seçkilər Moskvanın maraqlarına böyük zərbə vurdu”
12.12.2018
İnsan haqları müdafiəçisi: “Ermənistan polisi mediaya təzyiq edir“
12.12.2018
Polşanın “sarı jiletlər“i yolu bağladı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info