Yeniyetmə və gənc güləşçilər AGF Kuboku uğrunda yarışacaq
Tarix: 23.04.2016 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


26-29 aprel 2016-cı il tarixdə "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək.
Turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparacaq. Aprelin 24-25-də isə Bakıda Dünya Güləş Birliyinin növbəti hakimlik kursu təşkil olunacaq. İki gün davam edəcək kursda iştirak edən hakimlər sonda dərəcə imtahanı verərək sınaqdan keçiriləcək. İmtahanı uğurla keçən III dərəcəli beynəlxalq hakimlər II dərəcəli beynəlxalq hakim statusu alacaq. Turnirin proqramına əsasən, aprelin 26-da yunan-Roma güləşi üzrə yeniyetmələr, 27-də yunan-Roma güləşi üzrə gənclər, 28-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 29-da isə sərbəst güləş üzrə gənclər mübarizə aparacaq. Turnirin rəsmi açılış mərasimi 26 aprel 2016-cı il, saat 17.00-da baş tutacaq. Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq. Onu da qeyd edək ki, Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri davam edir. Qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edir. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir-üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanır. Turnirin ilk günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. İlk olaraq xalça üzərinə Azərbaycan pəhləvanlarından 98 kq çəki dərəcəsində mübarizə aparan Orxan Nuriyev çıxıb. Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Rakitiç Madrid klubuna keçə bilər
08.12.2019
Messi şousu davam edir
08.12.2019
“Yuventus“ mövsümdə ilk məğlubiyyətini alıb
08.12.2019
Mançester derbisində 3 qol
07.12.2019
Messi: “Karyeramın sonu yaxınlaşır...“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info