Həmkarlar ittifaqları işəgötürənlərlə birlikdə mövcud resurslardan səmərəli istifadə etməlidir
Tarix: 23.04.2016 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Aprelin 21-22-də Moskvada Həmkarlar İttifaqlarının Əmək Sarayında Ümum Həmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) İcraiyyə Komitəsinin və Şurasının növbəti iclasları keçirilib.
Bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından məlumat verilib. İclaslara Konfederasiyanın prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov sədrlik edib. ÜHİK Şurasının dünən keçirilən iclasında Şuranın üzvlərinin səlahiyyətlərinə xitam verilməsi və yeni üzvlərinin təsdiq edilməsi, ÜHİK İcraiyyə Komitəsinin 2015-ci ilin aprelindən 2016-cı ilin aprelinədək keçən dövrdə fəaliyyəti barədə məlumat, ÜHİK-in üzv təşkilatlarının fəaliyyət göstərdiyi müstəqil dövlətlərdə sosial-iqtisadi vəziyyət və həmkarlar ittifaqlarının vəzifələri haqqında, zəhmətkeşlərin beynəlxalq həmrəylik günü olan 1 May bayramı ilə əlaqədar ÜHİK-in müraciəti və digər məsələlərin müzakirəsi keçirilib. İclaslarda AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edib. S.Mehbalıyev bildirib ki, 2016-cı ilin yanvarına olan vəziyyətə görə, Azərbaycan BƏT-in 58 Konvensiyasını ratifikasiya edib. Bu günə qədər BƏT-in ÜHİK-in siyahısında göstərilmiş sosialyönümlü 11 konvensiyasından 6-sı təsdiq edilib. Digərlərinin ratifikasiya olunması ilə bağlı işlər davam etdirilir. AHİK sədri diqqətə çatdırıb ki, Azərbaycanda miqrantların hüquqları beynəlxalq hüququ ölkənin hüquq sisteminin bir hissəsi elan edən Azərbaycan Respublikası Konstitusiyası ilə möhkəm qorunur. Azərbaycan həmkarlar ittifaqları “Əməkçi miqrantların sosial-iqtisadi hüquqlarının qorunması üzrə fəaliyyət Proqramı” adlı uzunmüddətli sənəd qəbul edib. Azərbaycan, rus və ingilis dillərində müxtəlif bukletlər, “Azərbaycanda əməkçi miqrantlar” yaddaş kitabçası hazırlanıb nəşr edilib, KİV-ə, sosial şəbəkələrə göndərilib, əlaqə telefonları fəaliyyət göstərir. S.Mehbalıyev ÜHİK Şurasının dünən keçirilən iclasında “ÜHİK-in üzv təşkilatlarının fəaliyyət göstərdiyi müstəqil dövlətlərdə sosial-iqtisadi vəziyyət və həmkarlar ittifaqlarının vəzifələri haqqında” mövzusunda çıxış edib. AHİK sədri bildirib ki, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkədəki bütün demokratik, siyasi dəyişikliklərin iştirakçısıdır: “Bizim nümayəndələrimiz Azərbaycanın sosial-iqtisadi və ictimai inkişafını formalaşdıran müxtəlif dövlət və ictimai qurumlarının tərkibinə daxildir. İqtisadi böhran şəraitində işəgötürənin əmək müqaviləsi şərtlərini yerinə yetirməsini diqqətlə izləmək lazım gəldiyi bir zamanda kimsə işçilərə başa salmalıdır ki, işəgötürənlə problemlər yarandıqda onlar nə etməlidirlər və hiss etməlidirlər ki, tək deyillər. Bunu edən isə həmkarlar ittifaqıdır”. O, sosial tərəfdaşlıq sisteminin artmaqda olan rolunu qeyd edib. Diqqətə çatdırıb ki, bu tərəfdaşlıq çərçivəsində böhranın səbəb və miqyasını obyektiv təhlil etmək lazımdır: “Hər bir həmkarlar ittifaqı təşkilatı işəgötürənlərlə birlikdə mövcud resursları hərtərəfli ölçüb-biçməli, ardıcıl iqtisadi inkişafa nail olmaq üçün həmin resurslardan səmərəli istifadə etməlidir. Bəzən işəgötürənlər biznes strategiyasındakı çatışmazlıqlarını işçilərin çiyinlərinə yükləməyə, onların əməkhaqlarını, sosial təminatlarını aşağı salmağa çalışırlar. Bu günlərdə 2016-2017-ci illər üçün Baş Kollektiv Saziş imzalandı. Hesab edirik ki, sosial tərəfdaşlar Sazişin şərtlərini yerinə yetirərkən ölkənin əmək qanunvericiliyinin tələblərinin işəgötürənlər tərəfindən yerinə yetirilməsinə nəzarəti daha da gücləndirəcəklər”.




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir
21.05.2019
Masallı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü
21.05.2019
“Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı
20.05.2019
Bu yazın ölüm ayı
20.05.2019
Masallı rayonu hesabat verdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info