BMT ilə əlaqələr müzakirə edilib
Tarix: 25.04.2016 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri Şahin Mustafayev BMT-nin Azərbaycan üzrə yeni təyin olunmuş rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib. Görüşdə Azərbaycanın BMT-nin bir sıra proqram və ixtisaslaşmış qurumları - İnkişaf Proqramı (UNDP), Sənaye İnkişaf Təşkilatı (UNİDO), Mərkəzi Asiya Ölkələri İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA), Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və digərləri çərçivəsində mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qulam İsakzaini yeni təyinatı ilə bağlı təbrik edən nazir Şahin Mustafayev ölkəmizin BMT ilə əlaqələrinin yüksək səviyyədə olduğunu, Azərbaycanın 2 il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyr-daimi üzvü oluğunu xatırladıb, ölkəmizdə UNDP çərçivəsində 50-yə yaxın layihənin müvəffəqiyyətlə icra olunduğunu qeyd edib. Bildirilib ki, BMT-nin UNİDO təşkilatı ilə də ölkəmiz arasında yüksək səviyyədə əməkdaşlıq mövcuddur. UNIDO-nun təşkilatçılığı ilə 2014-cü ildə Bakıda “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq Sənaye Konfransı keçirilib, tədbir çərçivəsində Azərbaycan Hökuməti və UNİDO arasında əməkdaşlığa dair Çərçivə Proqramı imzalanıb. Aprelin 25-27-də isə Bakıda BMT-nin daha bir tədbiri - Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və bu forum çərçivəsində Biznes simpozium keçiriləcək.
Görüşdə qeyd edilib ki, 2016-cı ildə SPECA-ya Azərbaycan həmsədrlik edir. SPECA-nın növbəti İdarəetmə Şurası və İqtisadi Forumu bu ilin 4-cü rübündə Gəncə şəhərində keçiriləcək.
BMT-nin Azərbaycandakı 2011-2015-ci illər üzrə fəaliyyətinin UNDAF-a əsaslandığını qeyd edən Şahin Mustafayev Çərçivə Sənədinin fəaliyyət müddətinin bitdiyini və növbəti illər üzrə BMT ilə Azərbaycan Hökuməti arasında əməkdaşlığın 2016-2020-ci illəri əhatə edəcək tərəfdaşlıq çərçivəsi (UNAPF) sənədinin layihəsinin hazırlandığını qeyd etmişdir. UNAPF BMT-nin Davamlı İnkişaf Məqsədləri və “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası sənədində göstərilən milli prioritet və hədəflər əsasında tərtib edilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdıran nazir Şahin Mustafayev Ermənistanın növbəti təxribatı nəticəsində cəbhə xəttində yaşanan son hadisələr barədə məlumat vermiş, Ermənistanın münaqişəyə dair BMT-nin 4 qətnaməsinə əməl etməməsinin region üçün ciddi təhlükə yaratdığını vurğulayıb.
BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Qulam İsakzai Azərbaycanın BMT-nin fəal üzvlərindən olduğunu, qurumun bir sıra beynəlxalq tədbirlərin ölkəmizdə təşkilini yüksək qiymətləndirdiyini qeyd edib. Azərbaycan və BMT arasında həyata keçirilən proqramlar və əməkdaşlıq barədə danışan Qulam İsakzai əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info