“The Jakarta Post” qəzetində erməni təcavüzünə qarşı məqalə
Tarix: 25.04.2016 | Saat: 15:10:00 | E-mail | Çapa göndər


İndoneziyanın “The Jakarta Post” qəzetində Kent Universitetinin Brüsseldəki akademik tədqiqatçısı Aleksandra Krstiçin “Qafqaz növbəti Suriya? ATƏT-i unutmayaq” adlı məqaləsi dərc edilib. Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, aprelin əvvəllərində cəbhə xəttində baş vermiş son gərginlik və bununla bağlı ATƏT-in rolundan bəhs olunur.Yazıda ATƏT-in Minsk Qrupunun fəaliyyətinə toxunulur, onun münaqişənin həllində mandatı olan ən münasib beynəlxalq qurum olduğuna baxmayaraq, 20 ildən artıq aparılmış danışıqların heç bir nəticə vermədiyi qeyd olunur və müəllif bunun səbəbinə aydınlıq gətirməyə çalışır. ATƏT-in Minsk Qrupunun mandatının 1994-cü ildə Budapeşt Sammitinin sənədinə əsaslandığı bildirilir və həmin sənədin silahlı münaqişəyə son qoyulması üçün siyasi razılaşmanın əldə olunmasına dair intensiv danışıqlar aparmaq tapşırığı verdiyi qeyd olunur. Diqqətə çatdırılır ki, bu tapşırığın icrası münaqişənin əsas nəticələrinin aradan qaldırılmasına və Minsk Konfransının çağırılmasına imkan verər. Bildirilir ki, Budapeşt Sammitində üzv dövlətlərin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiqliyi bir daha təsdiq edilib və həmsədrlər danışıqlar prosesində ATƏT-in prinsiplərini və mandatı rəhbər tutmalı, qurumun sədrliyinə və Daimi Şurasına hesabat verməlidirlər.Lakin son hadisələri əsas götürən müəllif bildirir ki, Minsk Qrupu həll prosesindən kənara addım atıb. Bunun səbəbi isə illər boyu ATƏT üzvlərinin rolunun Minsk Qrupu həmsədrlərinə formal dəstək verməklə məhdudlaşması olub. Bu da tədricən münaqişənin həlli prosesini onun saxlanılması fəaliyyətinə çevirib, həmsədrlərin mandatdan kənar fəaliyyətinə, o cümlədən münaqişənin həqiqi və əhatəli həllinə töhfə vermək istəyən digər beynəlxalq təşkilatların işinə qarışmağa gətirib çıxardıb. Buna paralel olaraq, bəzi ATƏT üzvü olan dövlətlərin və regional qruplaşmaların münaqişənin həlli prinsiplərinə seçimli yanaşmaları da müşahidə olunub.Beləliklə, təşkilat Yekun Helsinki Aktı qismində Avropa təhlükəsizlik strukturunun ən fundamental prinsiplərinə və qarşılıqlı əlaqə həlqəsinə səhlənkar münasibət ucbatından hadisələrin gedişinə nəzarəti itirib.
Daha sonra məqalədə ərazi bütövlüyü, dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı gücdən istifadə etməmə, insanların öz müqəddəratını təyin etmə prinsipləri arasında münasibət və ierarxiyasından söhbət açılır və prinsiplərin könüllü interpretasiyasının Helsinki Dekaloqunun və onun Yekun Aktının hərf və ruhu ilə birbaşa ziddiyyət təşkil etdiyi qeyd olunur. Bildirilir ki, həmin Aktın 10 prinsipindən əsas olan 7-sində vurğulandığı kimi, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə və ərazi bütövlüyünə tam hörmət olunmalı, sərhədlər zorla dəyişdirilməməli, öz müqəddəratını təyin etmə prinsipi birtərəfli formada tətbiq olunmamalı və ərazilər güclə zəbt edilməməlidir.Təəssüflər olsun ki, yuxarıda qeyd olunan razılaşdırılmış prinsiplərdən kənara çıxılması Ermənistana Azərbaycana qarşı ərazi iddialarına bəraət qazandırmaq və status-kvonu möhkəmləndirmək üçün kart-blanş verib, həmçinin nizamlanma prosesinin erməni tərəfinin şıltaqlıqlarından asılı qalmasına gətirib çıxarıb.Vurğulanır ki, əgər hələ tamamilə təhlükəli qonşularla əhatə olunmamış Avropa öz sərhədlərində ikinci Suriya istəmirsə, onda nizamlanma prosesində böyük irəliləyişə nail olmağa çalışmalıdır. Bildirilir ki, bunu əksinə olaraq son illər ATƏT münaqişənin həllində güclü təşəbbüslərini dayandırıb, onun müzakirəsinə sanki bir tabu qoyulub.Müəllif münaqişənin həlli prosesinə qayıtmaq üçün Minsk Qrupunun problemin konstruktiv həllini istəyən üzv ölkələr ilə əlaqələri canlandırmasının zəruriliyini qeyd edir. Təəssüf ki, Dağlıq Qarabağ və ətrafdakı regionda qalmış hərbi faktor yalnız Ermənistan qoşunlarının mövcudluğudur və bu da şübhəsiz müddət baxımından orada yaşayan erməni icmasına xidmət etmir. Əgər Ermənistan hökuməti ciddi addımlar atmaq niyyətindədirsə, onda öz qoşunlarını işğal etdiyi ərazidən çıxarmalıdır. Bu halda həmin ərazilərdəki insanlar özlərini ən azı daha təhlükəsiz hiss edər, kütləvi miqrasiya dalğası dayanar və insanlar gələcəyini planlaşdıra bilərlər.Nəhayət, hazırda işğal altında olan ərazilərin Azərbaycanın siyasi, hüquqi, sosial və iqtisadi sisteminə dinc, intizamlı və balanslaşdırılmış reinteqrasiyası onları onsuz da məğlub olduqları demoqrafik qarşıdurmadan qoruyar.
Müəllif qeyd edir ki, bu, ATƏT-in vasitəçilik səylərinə təkan vermək üçün ən yaxşı yoldur. Məhz bundan sonra ATƏT məkanı, nəzərdə tutulduğu kimi, sabitlik və təhlükəsizlik məkanına çevrilə bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info