İordaniya Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir
Tarix: 25.04.2016 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Ölkəmizin İordaniyadakı səfiri Sabir Ağabəyov İordaniya Senatında (Yuxarı Palata) Azərbaycan İordaniya Dostluq qrupunun sədri senator Muhammad Suqur və Azərbaycan-İordaniya dostluq cəmiyyətinin sədri senator Marvan Əl-Humud ilə görüşüb.Görüşdə səfir S.Ağabəyov aprelin əvvəllərin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginlik və hazırkı vəziyyət barədə məlumat verib.Səfir bildirib ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi daxil olmaqla, ərazilərinin Ermənistan tərəfindən hərbi işğalının davam etməsi və Ermənistanın həmin torpaqlarda qeyri-qanuni hərbi mövcudluğu yaranmış gərginliyin başlıca səbəbidir. Məhz bu amil sülhün bərqərar olunması və münaqişənin siyasi yolla həllinə əsas maneədir. Diplomat qoşunların təmas xəttində gərginliyin yaradılmasına görə Ermənistanın tam məsuliyyət daşıdığını diqqətə çatdırıb.S.Ağabəyov, eyni zamanda, qoşunların təmas xəttində Ermənistan tərəfindən törədilən son təxribatların bir daha Ermənistanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirdiyini və işğalçı dövlətin bu cəhdlərinin status-kvonun saxlanmasına yönəldiyini vurğulayıb. O, münaqişənin həll olunması ilə bağlı Azərbaycanın mövqeyinin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının sənədlərinə, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslandığını vurğulayıb. Səfir davamlı sülhə nail olmaq üçün yeganə yolun Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal edilmiş digər ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq hüquqlarının bərpa edilməsi olduğu bildirib.Səfir münaqişənin yalnız Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində, ərazi bütövlüyü və suverenliyi əsasında həll oluna biləcəyini diqqətə çatdırıb.Görüşdə hər iki senator Prezident İlham Əliyev və Kral II Abdullahın dostluq münasibətlərini qeyd edib, İordaniyanın Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini hər zaman tam dəstəklədiyini bildirib.Senatorlar münaqişənin həlli üçün başlıca əsaslar olan BMT Təhlükəsizlik Şurasının, həmçinin BMT Baş Assambleyasının sənədlərinin icra edilməsinin vacibliyini bildiriblər. Onlar beynəlxalq ictimaiyyəti Ermənistandan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan torpaqlarının işğalını dayandırmağı, bütün işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxartmağı və münaqişənin həlli prosesində konstruktivlik göstərməyi tələb etməyə çağırdıqlarını vurğulayıblar.Sonda qarşı tərəfə aprelin əvvəllərində cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhalinin hədəfə alınması, Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqelərinin ağır silahlardan intensiv atəşə məruz qalması və Erməni silahlı qüvvələrinin artilleriya hücumları nəticəsində mülki şəxslərin həlak olduğu və ciddi yaralandığını, eyni zamanda, ictimai və özəl mülkiyyətə ziyan vurulduğu barədə əyani vəsaitlər təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info