Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisi strategiyasını genişləndirir
Tarix: 25.04.2016 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisinin idarə heyətinin növbəti iclası keçirilib. İclasın gündəliyinə Ofisin 2016-cı ilin ilk rübündə gördüyü işlərin hesabatlılığı, gələcək planlar, yay mövsümündə görülməsi nəzərdə tutulan layihələrin icrası, bir sıra klubların yaradılması və digər məsələlər daxil edilib. İdarə heyətinə sədrlik edən Ofisin direktoru Tural Kərimov iclası giriş sözü ilə açaraq, 2016-cı ilin ilk rübündə görülmüş işlər və qazanılmış uğurlar barədə məlumat verib. Bildirib ki, Mərkəzdə təşkil edilmiş müxtəlif təlim və seminarlarda 860 nəfər, peşəyönümlü kurslarda 340 nəfər, klubların fəaliyyətində 180 nəfər iştirak etmiş, 150 nəfər məsləhət xidmətlərindən, 370 nəfər kitabxana xidmətində yararlanıb, çoxlu sayda istedadlı gəncin iştirak etdiyi 3 sərgi və 1 festival təşkil olunub. Göstərilənlərlə yanaşı gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində 1 maarifləndirici aksiya, 2 idman yarışı təşkil olunub, habelə gənclərin asudə vaxtının səmərəli təşkili və intellektual səviyyələrinin artırılması məqsədilə yarış və müsabiqələr keçirilib.
Ofisin idarə heyətini üzvləri də çıxış edərək, gənclərin maraq dairəsində olan və gələcəkdə Mərkəzin həyata keçirə biləcəyi bir sıra işlər barədə fikirlərini bölüşmüş, maraq doğuran məsələləri müzakirə ediblər.
T.Kərimov Mərkəzin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Region gənclərinin inkişafına dəstək” adlı layihəsinin icrası ilə əlaqədar digər regionlarla yanaşı, Mingəçevir şəhərində görüləcək bir sıra fəaliyyətlər barədə təqdimat edərək, əməkdaşlar arasında vəzifə bölgüsünü aparıb.
Daha sonra Ofisin növbəti rüb üçün iş planı təsdiq olunmuş, eyni zamanda gənclərdən daxil olan çoxsaylı müraciətlərə əsasən yay mövsümündə Ofisin fasiləsiz fəaliyyət göstərilməsi barədə qərar qəbul edilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info