Qaraməryəm-İsmayıllı avtomobil yolunun əsaslı təmirinə başlandı
Tarix: 25.04.2016 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


1969-cu ildə salınan və istismar müddəti bitdiyi üçün uzun müddətdir ki, yararsız vəziyyətdə olan Qaraməryəm-İsmayıllı avtomobil yolunun əsaslı şəkildə təmirinə başlanılıb.Bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat katibliyindən məlumat verilib.Məlumatda bildirilir ki, iki hərəkət zolağından ibarət olan avtomobil yolunun uzunluğu 30 kilometr, eni isə 6 metrdir. Təmir-tikinti işləri çərçivəsində yolun hərəkət hissəsinin eni 7 metrə qədər genişləndirilir. Hər iki istiqamət üzrə mövcud çiyinlər bərkidilir, zəruri olan yerlərdə 2 metr enində yeni çiyinlər yaradılır. Bunun üçün dağlıq hissələrdə yol kənarında olan yamaclar qazılaraq çıxarılır.Yolun hərəkət hissəsinin deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, karbonat materialı tökülərək yenidən kipləşdirilir. Bundan başqa, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərə hamarlayıcı qatın döşənməsi işləri həyata keçirilir. Ümumilikdə yolun 200 min m2-dən çox ərazisi asfaltlanacaq.Aparılan kompleks tədbirlər zamanı avtomobil yolunun altından suların ötürülməsi üçün nəzərdə tutulmuş və dağılmış suötürücü borular yeniləri ilə əvəzlənir, köhnələri bərpa edilir, giriş-çıxış hissələri də təmizlənir.Təmir-bərpa işləri çərçivəsidə Qaraməryam-İsmayıllı avtomobil yolunun 3-cü kilometrliyində normadan artıq yüklənmiş ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsində dağılaraq qəzalı vəziyyətə düşən körpünün də inşasına başlanılıb. 1 aşırımlı körpünün uzunluğu 24 metr, eni isə 10 metr olacaq. Körpüdə piyadaların rahat və təhlükəsiz şəkildə hərəkəti üçün səkilər də nəzərdə tutulub. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında aparılan işlər çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.Qeyd edək ki, yolun əsaslı şəkildə təmir olunması ilə İsmayıllı və Göyçay rayonlarının 30-a yaxın yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq, Bakı-Şamaxı-Yevlax və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yollarına maneəsiz şəkildə çıxış əldə olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Süd məhsulları ixracı artacaq
26.09.2018
SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsi MDB-də ən yaxşı YDM seçilib
26.09.2018
“Karyerada ilk addım”: 254 vakant iş yeri təqdim edilib
26.09.2018
“Gazprom Neft”in nümayəndələri SOCAR-ın təlim mərkəzləri ilə tanış olub
26.09.2018
Ölkəyə daxil olan nəqliyyat vasitələrinin ölkədəqalma müddətinin ləğvi nəzərdə tutulub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info