“Türkiyə ilə Azərbaycanın münasibətləri nümunədir”
Tarix: 28.02.2013 | Saat: 22:27:00 | E-mail | Çapa göndər


Azərbaycanın “Cənub dəhlizi” layihələrində rolu barəsində
müzakirələr keçirilib


ABŞ Konqresində Türkiyə Araşdırmaları üzrə Konqres Qrupu çərçivəsində “Cənub dəhlizi” layihəsi ilə bağlı işçi nahar formatında müzakirələr keçirilib. Moderatorluğunu Atlantik Şuranın direktoru, ABŞ-ın Türkiyə və Azərbaycandakı keçmiş səfiri Ros Vilsonun etdiyi müzakirələrdə səfir Elin Süleymanov, Türkiyə səfirliyinin müvəqqəti işlər vəkili Timur Söyləməz, dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Amos Hochstein, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Kori Qardner, Donna Edwards çıxış edib.

İlk olaraq, söz alan D.Edvards ABŞ-ın müttəfiqi olan Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminində Xəzər regionun enerji resurslarının əhəmiyyətindən danışıb. Digər konqresmen K.Qardner ABŞ-ın hazırda qaz idxal edən dövlət kimi qlobal enerji bazarında qaz ehtiyatlarının şaxələndirilməsini nəzərdə tutan siyasi xəttə üstünlük verməsinin vacibliyini qeyd edib. Tədbirdə çıxış edən Elin Süleymanov gündəmdə olan enerji layihələrinin hazırkı durumu barədə məlumat verərək, bu layihələr üçün uğurlu nümunə rolunu oynayan Bakı-Tiflis-Ceyhan boru kəmərinin reallaşmasının region dövlətlərinin - Azərbaycan, Gürcüstan və Türkiyənin qarşılıqlı faydalı əməkdaşlığı və Klinton administrasiyasının siyasi dəstəyi sayəsində ərsəyə gəldiyini bildirib. E.Süleymanov hazırda dünya enerji bazarının mövcud reallıqları və tendensiyaları nəzərə alınaraq, Azərbaycanın enerji siyasətində qaz ehtiyatlarının nəqlinin reallaşdırılmasının prioritet olduğunu qeyd edib. Bu xüsusda, Şahdəniz və TANAP layihələrinin “Cənub dəhlizi”nin əsas elementləri olduğunu diqqətə çatdırıb. E.Süleymanov regional əməkdaşlığın inkişafına münbit şərait yaradan enerji layihələrinin reallaşmasının Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstanın da tranzit dövlətlər kimi strateji önəminin artmasına təkan verdiyini vurğulayıb. Türkiyə səfirliyinin müvəqqəti işlər vəkili Timur Söyləməz Türkiyənin enerji siyasətinin prioritetlərindən bəhs edərək, enerji resursları yollarının şaxələndirilməsinin əsas yer tutduğunu qeyd edib. Bu xüsusda, Türkiyənin digər sahələrdə olduğu kimi, enerji sahəsində də Azərbaycanla nümunəvi tərəfdaş münasibətə malik olduğunu qeyd edib. T.Söyləməz həmçinin Türkiyənin dünya enerji bazarında mövqeyinin dərinləşdirilməsi niyyətində olduğunu diqqətə çatdırıb. Müzakirələrdə çıxış edən A. Hochstein qlobal anlamda hazırda enerji asılılığının tamamilə aradan qaldırılmasının praktik cəhətdən mümkünsüz olduğunu, bu səbəbdən enerji nəqli yollarının diversifikasiyasının ABŞ hökuməti üçün önəmli olduğunu qeyd edib. A. Hochstein ABŞ Administrasiyasının “Cənub dəhlizi”, eləcə də TANAP layihəsinə böyük önəm verdiyini qeyd edərək, bununla avropalı müttəfiqlərinin enerji təhlükəsizliyinin təmini siyasətinə sadiqliyini nümayiş etdirdiyini deyib. Bu xüsusda, Azərbaycan və Türkiyə ilə ənənəvi etibarlı tərəfdaşlığın davam etdirildiyini əlavə edib. Azərbaycanın zəngin enerji ehtiyatlarının nəqlində Türkiyənin rolu, ümumilikdə isə hər iki dövlətin ABŞ-ın müttəfiqi olan Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminində əhəmiyyətinin yüksək qiymətləndirildiyini bildirib. Tədbirin sual-cavab hissəsində BP-nın Vaşinqton ofisinin beynəlxalq əlaqələr üzrə direktoru Qreq Saunders şərhində Azərbaycan və Türkiyə rəhbərliyinin siyasi iradəsinin TANAP-la bağlı qərarın verilməsində öz əksini tapdığını bildirərək, Azərbaycanın etibarlı müttəfiq imicinə sadiqliyinin göstəricisi olduğunu diqqətə çatdırıb. Tədbirdə ABŞ Dövlət Departamenti və Enerji Nazirliyinin rəsmiləri, diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, analitik mərkəzlərin nümayəndələri, konqresmenlər və staferləri iştirak ediblər.
ANAR




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info