TANAP-a 1 milyard dollar və 1 milyard avro kredit ayrılır
Tarix: 25.04.2016 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


Dünya Bankı (DB) Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinə 1 mlrd dollar ayırmağı planlaşdırır. Avropa İnvestisiya Bankı isə layihənin maliyyələşdirilməsinə 1 milyard avro ayıracaq.Bank rəsmisinin açıqlamasında bildirilir ki, DB enerji sektorunda strateji əhəmiyyət kəsb edən TANAP layihəsinin bir parçası olmaq niyyətindədir: "BOTAŞ-ın maliyyələşdirilməsində yardımçı olacağıq. Söhbət təxminən 1 mlrd dollarlıq maliyyə dəstəyindən gedir. Eyni zamanda biz Avropa İnvestisiya Bankı ilə əməkdaşlıq edirik. TANAP-ın 58%-i SOCAR-a, 30%-i BOTAŞ-a, 12%-i isə BP şirkətinə məxsusdur. Hər bir səhmdar bu bölgüyə müvafiq olaraq layihəni maliyyələşdirir. Dünya Bankı və Avropa Birliyinin borc vermə mexanizminə uyğun olaraq Avropa İnvestisiya BankıTANAP-a sərmayə yatırmağa hazırlaşır. Pay bölgüsünə uyğun olaraq, BOTAŞ TANAP-a 3 mlrd dollarlıq yatırım etməlidir. Bunun üçün BOTAŞ Dünya Bankından 1 mlrd dollar, Avropa İnvestisiya Bankından isə 1 mlrd avro cəlb edəcək".TANAP Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanan, ümumi uzunluğu 1850 kilometr olan qaz kəmərləri sistemi, dənizdən keçən qısa hissə, birləşdirici xətlər, kran qovşaqları, ərsinlə təmizlənmə stansiyaları, ölçmə, kompressor stansiyaları və digər infrastruktur daxildir.Kəmərin inşası layihəsi üzrə sənədlər paketi 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. TANAP "Mərhələ-2" çərçvəsində "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.SOCAR-ın qiymətləndirmələrinə əsasən, 2023-cü ildə kəmərin gücü 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. Eyni zamanda,TANAP-ın genişləndirilməsindən sonra Azərbaycanda digər yataqlardan, o cümlədən başqa ölkələrdən hasil edilən qaz mənbə kimi istifadə olunacaq.Layihə $10 mlrd. dəyərində qiymətləndirilir. TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 58%, BP - 12%, BOTAS - 30%.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası Bakıda keçiriləcək
23.07.2019
KOB-lar dövlət satınalmaları ilə bağlı məlumatlandırılır
23.07.2019
Türkiyədə Azərbaycan mənşəli sərmayənin həcmi artıb
23.07.2019
Vergilər nazirinin birinci müavini Neftçala rayonunda vətəndaşları qəbul edəcək
23.07.2019
“Azərkosmos” ASC bu il 21,2 milyon dollar gəlir əldə edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info