ATŞ Almaniya ictimaiyyətini erməni yalanlarına aldanmamağa çağırıb
Tarix: 25.04.2016 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Almaniyada qeydiyyatdan keçmiş gənclər təşkilatı Azərbaycan Tələbə Şəbəkəsi 24 aprel tarixində Ermənistan səfirliyi və erməni diasporunun Berlində qondarma “erməni soyqırımı”na həsr olunmuş anım mərasimi keçirməsi ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda erməni tərəfinin anım mərasimi haqda yaydığı müraciətində 1915-ci il hadisələrində Almaniyanın da məsuliyyət daşıdığını vurğulaması, AFR hökuməti və Almaniya Bundestaqının “101 il hökm sürən susğunluğu”na nəhayət ki son qoymağı tələb etməsi diqqətə çatdırılır.
Vurğulanır ki, 100 il əvvəl baş verən tarixi hadisələri öz siyasi məqsədləri üçün alətə çevirməyə çalışan ermənilər yaxşı olar ki, Xocalıda törətdikləri soyqırımın məsuliyyətini dərk etsinlər və Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaq naminə torpaqlarını işğal etdikləri, etnik və mədəni soyqırıma məruz qoyduqları azərbaycanlılarla barışığa can atsınlar.
Bəyanatda qeyd olunur ki, Ermənistanda hökm sürən rejimin sülhə və barışığa meylliyi təəssüf ki duyulmur. Belə ki Ermənistan prezidenti cari ildə Almaniyaya səfəri zamanı AFR kansleri Anqela Merkellə keçirdiyi birgə mətbuat konfransında etdiyi aqressiv çıxışına görə alman mətbuatında haqlı olaraq “müharibə lordu” adlandırılıb.
Azərbaycanlı gənclər Ermənistan prezidentinin nəinki xarici siyasətdə, heç ölkə daxilində də sülhə və barışığa istiqamətlənmiş fəaliyyət göstərmədiyini vurğulayıblar. Ermənistandakı rejim 2008-ci ilin martında Yerevandakı etiraz aksiyaları zamanı 10 nəfərin ölümü ilə nəticələnən güc tətbiqinə görə məsuliyyəti hələ də üzərinə götürməyib. Azərbaycan Tələbə Şəbəkəsi Almaniya siyasətçiləri və ictimaiyyətini Cənubi Qafqazın yeni münaqişələr meydanına çevrilməməsi naminə regional məsələlərin konstruktiv həllinə dəstək verməyə və erməni ideologiyası üçün alətə çevrilməməyə çağırıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info