Tovuzda tütün əkini başlayıb
Tarix: 25.04.2016 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Tovuz kartofu və üzümü məhsuldarlığına, keyfiyyətinə görə rəqib tanımır. Bu ildən etibarən isə rayonda tütün də becəriləcək. Rayon icra hakimiyyətindən  bildiriblər ki, ilkin mərhələdə dağlıq və dağətəyi kəndlərdə 20 hektar sahədə əkin aparılacaq. Artıq Zaqatala-Balakən zonasından gətirilən şitillər sahələrə basdırılır. Fermer Cəlal Əkbərov vaxtilə rayonda tütün becərildiyini və yüksək məhsuldarlığı ilə diqqət çəkdiyini bildirib. Tütünçülükdə yaxşı nəticə əldə ediləcəyinə əmin olan fermerlər gələcəkdə sahələri genişləndirmək barədə düşünürlər.Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində rayonda tütünçülüyün bərpası qarşıya məqsəd qoyulub. Şimal-qərb regionundan samsun, verişina sortlarının şitilləri gətirilib. Bu sortlardan düzgün aqrotexniki qulluq şəraitində hektara 2 ton quru tütün almaq mümkündür.İlk məhsul yığımı mayın sonunda başlayacaq. Fermerlər tütünün satışında heç bir çətinliklə üzləşməyəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir
23.03.2019
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb
23.03.2019
Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılır
23.03.2019
Ölkəmizdə meyvə məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına ödənir
21.03.2019
Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info