BANM ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirir
Tarix: 25.04.2016 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın "Confidence Capital" şirkətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş SOCAR "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-kimya" Beynəlxalq Praktiki Konfransının açılış mərasimi keçirilir.
Tədbirdə dövlət və hökumət nümayəndələri, SOCAR, o cümlədən SOCAR-ın müxtəlif strukturlarının rəhbərləri, millət vəkilləri, Qazaxıstan, Türkmənistan, Türkiyə, Gürcüstan şirkətlərinin təmsilçiləri, müxtəlif ölkələrdən dəvət olunmuş ekspertlər iştirak edir.
Açılış mərasimindən öncə konfrans iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək ulu öndərə hörmət və ehtiram nümayiş etdirdilər.
Açılış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək beynəlxalq konfransın, ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən neft strategiyasının banisi, müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunduğunu, ulu öndər Heydər Əliyevin şəxsiyyətinə və səmərəli fəaliyyətinə, bu dahi insanın xatirəsinə böyük hörmət və ehtiramın ifadəsini özündə əks etdirdiyini bildirdi. Elmar Qasımov konfransın keçirilməsində məqsədin neft strategiyasının uğurlarını təbliğ etmək, konfransın əhatə etdiyi mövzularla bağlı peşəkar mütəxəssislərin diqqətini Azərbaycanın inkişafına cəlb etmək, müxtəlif ölkələrin nümayəndələri arasında əməkdaşlıq əlaqələri yaratmaq, həmçinin SOCAR və beynəlxalq tərəfdaşlar arasında qarşılıqlı informasiya mübadiləsini təmin etmək olduğunu dedi.
SOCAR-ın birinci vitse-prezidenti, Konfransın Proqram Komitəsinin sədri, akademik Xoşbəxt Yusifzadə Heydər Əliyevin Azərbaycan neft sənayesinin inkişafındakı xidmətlərindən söz açaraq beynəlxalq konfransın işində uğurlar arzuladı.
Energetika naziri Natiq Əliyev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri, akademik Ziyad Səmədzadə, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev çıxış edərək beynəlxalq konfransın əhəmiyyətindən söz açdılar və konfransa uğurlar arzuladılar.
Energetika naziri Natiq Əliyev "Xəzər regionunu: yeni iqtisadiyyat, yeni siyasət və regional əməkdaşliq aspektində meqalayihələr", Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Akademik Ziyad Səmədzadə "Qlobal risklər şəraitində Azərbaycanın iqtisadiyyatının inkişafının əsas prioritetləri" mövzusunda məruzə ilə çıxış etdilər.
Beynəlxalq konfransda iştirak etmək üçün 19 ölkədən 70 nəfər mütəxəssis və ekspertlər Bakıya gəliblər. Azərbaycandan 23 nəfəri mütəxəssis və ekspertlər olmaqla, 150-dən artıq iştirakçı konfransda iştirak edir. Beynəlxalq konfrans 3 gün ərzində 9 sessiyada müxtəlif mövzular üzrə davam edəcək. Konfrans çərçivəsində əcnəbi mütəxəssislər üçün SOCAR-ın istehsalat müəssisələrinə səfərlər təşkil ediləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info