Orta və ali məktəb imtahanları birləşdiriləcək 
Tarix: 25.04.2016 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


“Biz buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirməyə hazırlaşırıq”. Bu sözləri dövlət imtahan mərkəzinin rəhbəri Məleykə Abbaszadə deyib. 
Test üsulunu gələcək aqibətindən, test üsulunu tənqid edənlərdən, qəbul imtahanlarında dəyişikliklərdən danışan Məleykə Abbaszadə hazırda təhsil sistemində mövcud olan iki imtahan-buraxılış və qəbul imtahanlarının fərqli məqsədlər daşıdığını bildirib. Məleykə Abbaszadə test üsulunun bütün dünyada tətbiq edildiyini və xüsusi bir elm olduğunu, bu sahədə qərarların mütəxəssislər tərəfindən verilməsinin vacibliyini qeyd edib.
"Bununla əlaqədar hansısa sorğu keçirmək düzgün deyil. Çox təəssüflər olsun ki, kimsə özü-özünü ekspert kimi təqdim edir, xüsusilə cavan ekspertlər. Onlar mütəxəssis kimi hansı ali məktəbi bitiriblər, hansı nailiyyətləri var, onların yazdığı məqalələr nədən ibarətdir? Bu bir səthi yanaşmadır.." - deyə şura sədri fikrini izah edib.
Buraxılış imtahanlarında minimal tələblərin qoyulduğunu, bu imtahanlarda ən zəif bilənlərin orta və zəif oxuyanlardan seçilməsinin əsas məqsəd olduğunu söyləyən Məleykə Abbaszadə qəbul imtahanlarında isə tam əksinə yaxşı bilən şagirdlərin arasında ən yaxşı bilənlərinin seçilməsinin əsas məqsəd olduğunu vurğulayıb: “Buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək buraxılış imtahanında fənlərin sayını, sualların çətinlik dərəcəsini artırmaq deməkdir. Buna, hələ ki, bizim reallıqda məktəblərimiz hazır deyillər. Lakin biz öz tərəfimizdən buna hazırlaşırıq. Mən hesab edirəm ki, yeni kuriklumla təhsil alan şagirdlər - 1-ci sinfə 2008-ci ildə gedən uşaqlar 9-cu sinfə buraxılış imtahanı verəndə bu tamamilə ayrı növ imtahanlar olacaq. Orada biz uşaqların yazı qabiliyyətini təkcə test sualları ilə yox, eyni zamanda müxtəlif yeni növ suallarla yoxlayacağıq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info