Böyük Britaniyada tətil- xəstələrə heç bir xidmət göstərilməyəcək
Tarix: 25.04.2016 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Böyük Britaniyada tibb müəssisələrinin gənc əməkdaşlarının keçiriləcəyi tətil səbəbindən 125 mindən çox əməliyyat və xəstə qəbulu ləğv olunub, ölkədə fəaliyyət göstərən hər üçüncü xəstəxana kritik vəziyyətə düşüb. “RİA Novosti” xəbər verir ki, aprelin 26-27-də keçirilməsi nəzərdə tutulan 48 saatlıq tətil zamanı Britaniya Tibb Assosiasiyasının üzvü olan gənc həkimlər (bu kateqoriyaya əmək stajı 10 ili keçməyən həkimlər daxildir) tarixdə ilk dəfə olaraq xəstələrə heç bir xidmət, hətta təcili tibb yardımı belə göstərməyəcək. Xəstəxanalarda onları yaşlı həkimlər əvəz etməli olacaq. Əvvəlki etiraz aksiyalarına reanimasiya, doğum və təcili tibbi yardım şöbələrində növbə çəkənlər qoşulmamışdı.Tibb müəssisələrinin 38 faizi “xəstə axını” səbəbindən təcili tədbirlər görmək məcburiyyətində qalıb.Britaniyanın səhiyyə naziri Ceremi Hant tətil iştirakçılarına müraciət edərək etiraz aksiyalarının xəstələrin həyatına “yolverilməz” risk yaradacağını bildirib. Bir qədər əvvəl tibb işçiləri səhiyyə nazirinə onları qane etməyən yeni müqavilələri ləğv etməyə çağıran açıq məktub ünvanlayıblar. Hökumət isə öz planlarından imtina etmək fikrində deyil.Ümumilikdə İngiltərədə təxminən 55 min gənc həkim çalışır. Onların 37 mini tətilin təşkilatçısı - Britaniya Tibb Assosiasiyasının üzvüdür.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Gürcüstanda “donuz qripi” daha bir nəfərin həyatına son qoyub
21.01.2019
“WhatsApp” mesaj göndərişlərini məhdudlaşdırıb
21.01.2019
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info