“Keçmişdə Azərbaycan tarixi İpək yolunda iri mərkəz olub“
Tarix: 25.04.2016 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


“Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu bütün dünyada qarşılıqlı anlayış və əməkdaşlığın inkişafı üzrə birgə səylərə xidmət edəcək”. Bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda Qlobal Forum çərçivəsində keçirilən gənclər forumu zamanı deyib. Leyla Əliyevanın sözlərinə görə, ən maraqlı və zəkalı insanların burada, Azərbaycanda toplaşması xoş haldır.Fondun vitse-prezidenti bildirib ki, Azərbaycan qədim ənənələri, zəngin tarixi olan ölkə, Şərqlə Qərbin kəsişməsində yerləşən məkandır: "Keçmişdə Azərbaycan tarixi İpək yolunda iri mərkəz olub".Leyla Əliyeva əlavə edib ki, bu, ölkə mədəniyyətinə böyük təsir göstərməklə Azərbaycanı tolerantlığa, yeni ideya və dialoqa inanan ölkəyə çevirib. Fondun vitse-prezidenti qeyd edib ki, Azərbaycanın unikal coğrafi mövqeyi də onun landşaftına təsir göstərib: "Azərbaycanda çoxlu dağ, meşə, çəmən və ovalıqlar var. Həqiqətən də Azərbaycanda 11 iqlim zonasından 9-u mövcuddur ki, bu da bizim üçün çox zəngin təbii mühiti və biomüxtəlifliyi təmin edir. Belə inanılmaz tarixə, müxtəlif mədəniyyət və zəngin biomüxtəlifliyə malik olduğumuza görə Azərbaycanda bizim bəxtimiz çox gətirib və mən əminəm ki, ölkəmizə gəlişinizdən zövq alacaqsınız". Leyla Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının - FAO - xoşməramlı səfiri kimi diqqətə çatdırıb ki, hazırda aclıqdan və onunla bağlı səbəblərə görə hər dörd saniyədə bir nəfər dünyasını dəyişir.
Fondun vitse-prezidentinin sözlərinə görə, ən çox uşaqların ölməsi acınacaqlı haldır. Leyla Əliyeva bu problemin həllində FAO-nun "Sıfır aclıq" təşəbbüsünü də vurğulayıb: "Buna baxmayaraq, biz birlikdə işləməli və çox çalışmalıyıq ki, heç bir uşağın aclıq və doyunca yeməməkdən ölmədiyi dünyanı təmin edək".
Leyla Əliyevanın sözlərinə görə, mədəniyyətlərarası dialoq davamlı inkişafın və ərzaq təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır ki, bu da uzunmüddətli sabitlik və sülh üçün əhəmiyyətlidir: "Sizin çoxunuza məlum olduğu kimi 2011-ci ildə IDEA kampaniyasına başladıq".Fondun vitse-prezidenti vurğulayıb ki, məqsəd ekoloji təhlükələrə cavab verməyə imkan verən güclü alətlərin yaradılması olub: "Başqa sözlə, gənc nəsil üçün yaşıl və təhlükəsiz gələcəyi təmin etmək. Bizim şüarımız özlüyündən xəbər verir - bir Yer kürəsi, bir gələcək. Hər il getdikcə daha çox insanın kampaniyamıza qoşulması ümidvericidir və onların əksəriyyəti bunu tam ürəkdən, şövqlə və ətraf mühitə sevgi ilə edən könüllülərdir".IDEA-nın son beş ildəki layihələrinə gəlincə, Leyla Əliyeva diqqətə çatdırıb ki, göstərilən dövrdə bütün ölkə üzrə 5 milyondan çox ağac əkilib: "Və biz ağacların kəsilməsinin qarşısını almaq üçün bu yaxınlarda yerli birliklər ilə işləməyə başladıq".Fondun vitse-prezidenti əlavə edib ki, IDEA-nın təhsil proqramı müxtəlif yaşlı gənc insanları - beş yaşadək uşaqlardan tələbələrədək və hətta bu sahədəki daha yaşlı peşəkarları cəlb edir: "IDEA-da FAO, UNEP (BMT-nin Ətraf mühit proqramı), WWF (Ümumdünya Vəhşi Təbiət Fondu) kimi tanınmış milli təşkilatlarla tərəfdalıq qismində işləməkdən şadıq".Leyla Əliyevanın sözlərinə görə, IDEA-nın ətraf mühit və sabitlik mövzusunu gənclər üçün daha əlamətdar etməsi önəmlidir: "Çox vaxt bu vacib mövzu xeyli darıxdırıcı və çətin görünür. Buna görə də bütün layihələrimizə, proqramlarımıza çox sevinclə, əyləncə ilə və yaradıcı yolla yanaşmağa çalışırıq".Fondun vitse-prezidenti diqqətə çatdırıb ki, IDEA, həmçinin son illər yox olan heyvan növlərinin, o cümlədən ceyran və bəbirlərin qorunması, eləcə də qonur ayı, boz canavar, imperial qartal,ceyran və Qafqaz bəbirindən ibarət Qafqazın "Böyük Beşliyi"nin yaradılması böyük iş görüb.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info