“Mən də valideynlərim kimi Vətənim Azərbaycanı çox sevirəm”
Tarix: 25.04.2016 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Aprelin 25-dә Azərbaycan Dillәr Universitetində Tәhsil Nazirliyinin dəstəyi ilə görkәmli alim, tanınmış pedaqoq, professor Lola Barsukun 100 illik yubileyinә hәsr olunmuş elmi-praktik konfrans keçirilib.AZƏRTAC xәbәr verir ki, tәdbirdә təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycanın Rusiyadakı sәfiri Polad Bülbüloğlu, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Lola Barsukun oğlu Mixail Qusman, AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, elm vә ictimaiyyәt nümayəndələri, tәlәbәlәr iştirak ediblәr.Azərbaycan Dillәr Universitetinin rektoru vәzifәsini icra edәn professor Dünyamin Yunusov ixtisaslı kadrların hazırlanmasında, elmin inkişafında Lola Barsukun böyük әmәk sərf etdiyini xatırladıb. L.Barsukun bilinqvizm sahәsi üzrә tәdqiqatlar apardığı, universitetin elmi potensialını artırmaq üçün mütәxәssislәr cәlb etdiyi, onlarla elmi vә pedaqoji kadrlar hazırladığı diqqətə çatdırılıb.ADU-nun linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadә, dosent Әmralı Şirəliyev, pedaogika elmlәri üzrә fәlsәfә doktoru Günay Şirәliyeva L.Barsukun Azәrbaycanda pedaqoji kadr hazırlığında rolundan, pedaqoji və ictimai fəaliyyətindən danışıblar. Qeyd edilib ki, xarici dillәrin tәdrisi metodikası kafedrasının yaradılması onun adı ilə bağlıdır. Alim öz fəaliyyətində pedaqogika ilә yanaşı, xarici dillərin tədrisi sahəsində dilçilik vә psixologiya elmlәrinin tәtbiqinә də xüsusi fikir verirdi. L.Barsuk nәinki Azərbaycanda, hәmçinin keçmiş sovet ittifaqında tanınmış alim olub. O, Xarici Dillər İnstitutunda (hazırda Azərbaycan Dillər Universiteti) ingilis dili müəllimi, xarici dillər kafedrasının müdiri, 17 il bu ali təhsil ocağının prorektoru vəzifələrində çalışıb. Azәrbaycanda bilinqvizm sahəsində elmlәr doktoru dissertasiyası müdafiә edәn ilk tәdqiqatçılardandır. Çıxışlarda L.Barsukun elmi vә pedaqoji irsinin daha geniş öyrənilməsinə ehtiyac olduğu vurğulanıb.
Bu gün universitetin tarixində böyük sәhifә açmış bir alimin yubileyinin qeyd olunduğunu deyən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu belә tәdbirlәrin geniş dünyagörüşlü gәnc nәslin yetişdirilmәsindә mühüm rol oynadığını bildirib. “Mәn Lola Barsukun oğulları Yuli vә Mixail Qusmanlarla uzun illərdir dostluq edirәm. Onlar çox vәtәnpәrvәr insanlardır, daim Azәrbaycanın yanındadırlar vә həmişə Bakıda doğulduqlarına görә fәxr etdiklərini vurğulayırlar. Bütün bunlar onların ailəsindən qaynaqlanır”, - deyə səfir vurğulayıb.AZƏRTAC-ın baş direktoru Aslan Aslanov L.Barsukun Azәrbaycanda elmin inkişafında mühüm rol oynadığını, hazırda gənc kadrların yetişdirilməsində istifadə edilən onlarla elmi-pedaqoji əsərlərin müəllifi olduğunu söyləyib. İndi bu ailə ənənəsinin Yuli və Mixail Qusmanlar tərəfindən davam etdirildiyini bildirən A.Aslanov deyib: “Bu ziyalı ailə Azərbaycanın elmi və ictimai həyatına böyük töhfələr verib. Mixail Qusman görkəmli jurnalist, dünyanın nəhəng media strukturlarından biri olan TASS agentliyinin baş direktorunun birinci müavini kimi öz doğma Vətəni Azərbaycana daim dəstəyini nümayiş etdirir. O, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının baş katibi, Dünya Xəbər Agentlikləri Konqresinin Büro üzvüdür. Mixail Qusman dünyanın bir çox dövlət və hökumət rəhbərləri ilə müsahibələrin müəllifidir”.
A.Aslanov Qusmanlar ailəsi ilə bağlı fotoalbomu Mixail Qusmana təqdim edib.
Sonra çıxış edən Mixail Qusman konfransın təşkilinə görə Təhsil Nazirliyinə və ADU-nun rəhbərliyinə minnətdarlığını ifadə edib. “Sonuncu dәfә bu zalda anamı son mәnzilә yola salanda olmuşam. İndi burada onun 100 illik yubiley tədbirində iştirak edirәm. Burada çıxış edən hər kəsə xatirələrinə və fikirlərinə görə dərin təşəkkürümü bildirirəm. Valideynlәrim Azərbaycanı çox seviblәr vә vətənpərvər olublar. Mәn dә onların övladları kimi Vәtәnimi çox sevirәm. Xoşbəxtəm ki, bu ölkәdә anadan olmuşam. Azərbaycanda həmişə hәr bir millәtin nümayәndәsi rahat yaşayıb. Mənim oğlum da ABŞ vətəndaşlığı seçmək şansı olduğu halda, Azәrbaycan vәtәndaşlığını seçib”, - deyə M.Qusman qeyd edib.
Tәhsil nazirinin müavini Firudin Qurbanov nazir Mikayıl Cabbarovun salamlarını tədbir iştirakçılarına çatdıraraq deyib: “Lola Barsuk kimi alimlәrin elmi irsini və ənənələrini qoruyub saxlamaqla Azәrbaycanda tәhsilin sәviyyәsini qaldıra bilәrik. Görkəmli pedaqoq olan Lola Barsukun müәllimlik ənənələri hәr bir müasir kadr üçün böyük məktəbdir. Onun müәllifi olduğu elmi әsәrlәr vә dәrsliklәr indi dә pedaqogika sahәsindә istifadә olunur”.
Tədbirdə görkəmli alimin tәlәbәlәri onunla bağlı xatirələrini bölüşüb, xeyirxah əməlləri ilə insanların talelərində böyük dönüş yarada bilən müəllim kimi yadda qaldığını qeyd ediblər.
 




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info