Mingəçevir məktəbliləri arasında intellektual yarış başladı
Tarix: 25.04.2016 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Mingəçevir şəhərində məktəblilər arasında intellektual yarış öz işinə başlayıb. Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisi, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi və Gənclər Evi təşkil edilən yarışların əsas məqsədi məktəblilərin dünyagörüşünü zənginləşdirmək, onların intellektual səviyyəsini qiymətləndirmək, peşəkar bilik və bacarıqlarının artmasına köməklik göstərməkdir. Yarışlar 2 mərhələdən - daxili seçim turu və final mərhələsindən ibarətdir. Hazırda daxili seçim turları keçirilir. Final yarışı isə 2016-cı il mayın 5-də baş tutacaq. Mərkəzin Mingəçevir Regional Ofisinin rəhbəri Tural Kərimov bildirib ki, məktəblilər keçirilən yarışa çox ciddi maraq göstərir və bu bizi çox sevindirir. Yeniyetmə və gənclərimizin öz intellektual biliklərini sınamaq üçün yarışmaya qatılması ona əsas verir ki, ölkəmizdə, xüsusilə də regionlarda həm təhsil siyasəti, həm də gənclər siyasəti uğurla həyata keçirilir. Bunun nəticəsidir ki, gənclərimiz yüksək intellektə və bacarıqlara yiyələnirlər. Gənclər təşkilatı kimi bizim işimiz isə, yeniyetmə və gənclərimizin potensiallarını üzə çıxarmaq, onların faydalı vətəndaş kimi inkişaflarına dəstək verməkdir.
Qeyd edək ki, yarışların sonunda qalib komandalar diplom və kuboklarla təltif olunacaqlar.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info