“Ermənistan bölgədəki ölkələr üçün xaos və zorakılıq təhlükəsi yaradır”
Tarix: 25.04.2016 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Ermənistan bölgədəki ölkələr üçün xaos və zorakılıq təhlükəsi yaradır. Dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini daha qətiyyətlə müdafiə etməlidir.AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən ABŞ-ın Viskonsin ştatının Markett Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyz jurnalistlərə müsahibəsində bildirib.BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini yüksək qiymətləndirən ekspert qeyd edib ki, bu cür tədbirlər Azərbaycanın regionda sülh və tərəqqini qoruyub saxlamağa marağını bir daha sübut edir.“Forum sülhü, sabitliyi, iqtisadi inkişafı və sivilizasiyalararası dialoqu daha da inkişaf etdirmək üçün mühüm platformadır. Bu cür beynəlxalq tədbirlər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, həmçinin Azərbaycan xalqının son iyirmi ildə yaşadığı problemləri bir daha dünya ictimaiyyətinə çatdırmalıdır”, - deyə amerikalı ekspert vurğulayıb.Adambaşına düşən qaçqınların sayına görə Azərbaycanın dünyada birinci yerdə olduğunu bildirən P.Teyz Ermənistanın beynəlxalq hüququ pozduğunu diqqətə çatdırıb. Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində Naxçıvanın blokadaya məruz qaldığını vurğulayan ekspert bunun bölgə üçün ciddi təhlükə yaratdığını qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Tural Gəncəliyev: “Paris görüşü irəliləyişin əldə olunmasına ümidlərimizi artırır”
15.01.2019
Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edir
15.01.2019
Gürsel İsmayılzadə Yaponiyada səfir vəzifəsindən geri çağırılıb
15.01.2019
Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib
15.01.2019
Arif Alışanov AzTV-nin sədri vəzifəsindən azad edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info