Neft-qaz sahəsi üçün kadrlar hazırlanacaq
Tarix: 28.02.2013 | Saat: 22:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda səfərdə olan «Emerson» şirkətinin (ABŞ) nümayəndə heyəti ilə görüşüb. ARDNŞ-in məlumatına görə, görüşdə ARDNŞ və «Emerson» şirkəti arasında əməkdaşlıq məsələlərinin gələcək perspektivləri müzakirə olunub.
X.Yusifzadə Azərbaycanda neftçıxarma işinin zəngin tarixə malik olduğunu, dünyada sənaye üsulu ilə ilk neft quyusunun Bakıda qazıldığını, neftçilərin dünya neft sənayesinə çoxsaylı töhfələr verdiklərini söyləyib, hələ sovet dövründə onlar tərəfindən Xəzər dənizinin müxtəlif milli sektorlarında yerləşən böyük neft-qaz yataqlarının kəşf olunduğunu, keçmiş SSRİ-nin bir çox yerlərində neft sənayesinin əsası qoyulduğunu diqqətə çatdırıb. 20 illik fasilədən sonra ilk dəfə olaraq, ARDNŞ-in öz gücü ilə «Ümid» perspektivli strukturunun işlənməsini həyata keçirdiyini qeyd edən X.Yusifzadə istər təhlükəsizlik texnikası və əməyin mühafizəsi, istərsə də işçilərin sosial-məişət problemlərinin həlli baxımından yüksək effektivliyə nail olunduğunu vurğulayıb. Öz növbəsində «Emerson» şirkətinin qlobal satış və layihələr üzrə prezidenti Tom Sned və şirkətin regional direktoru Həmid Cəfəri şirkətin istehsalatın avtomatlaşdırılması bazarında aparıcı rola malik olduğunu qeyd ediblər. Bildirilib ki, «Emerson» sənayedə rəqəmsal texnologiyaların tətbiqinə görə digər avtomatlaşdırma vasitələri istehsalçılarından daha çox təcrübəyə malikdir. Görüşdə qeyd olunub ki, hazırda dünyanın müxtəlif ölkələrində 135 min işçi ilə fəaliyyət göstərən «Emerson» şirkəti Azərbaycanda yerli kadrların hazırlanması işlərini də həyata keçirməkdə maraqlıdır.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Prezident “ADEX-2018” Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
25.09.2018
Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25.09.2018
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
25.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gedib
25.09.2018
Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info