Gürcüstan “erməni soyqırımı” ilə bağlı aksiya keçirilməsinə izin vermədi
Tarix: 25.04.2016 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


ABŞ-ın Federal İstintaq Bürosu isə Kaliforniyada beş nəfərdən ibarət erməni cinayətkar dəstəni həbs edib

Ermənilər hər il aprelin 24-nü erməni xalqının qondarma “soyqırımı” kimi təqdim edirlər. Təbii ki, bununla onlar özlərinin təcavüzkar niyyətlərini gizlətməklə yanaşı, dünya ictimaiyyətində özləri haqqında “yazıq millət” obrazı yaratmağa çalışırlar.
Əgər, doğrudan da, onlar soyqırımına məruz qalıblarsa, ötən nömrələrimizin birində rus politoloqunun sözləri ilə desək “niyə indiyə qədər genosid faktını tanımaq səlahiyyətində olan Haaqa məhkəməsinə müraciət etməyiblər?”. Çünki ermənilər özləri də bu soyqırımının saxta olduğunu başa düşürlər. Bununla belə, ermənilər haqqında avropalı məşhurlardan birinin dediyi kimi, “bic və qantökən millət olan ermənilər yazıq, fağır bir xalq kimi dünyaya təqdim olunur”. Qeyd etdiyimiz kimi, ermənilər bu il də dünyanın əksər ölkələrindəki Türkiyə səfirliyinin qarşısında etiraz aksiyası ilə çıxış ediblər. Lakin onların Tiflisdəki Türkiyə səfirliyi qarşısında keçirməyə çalışdıqları etiraz aksiyası fiaskoya uğrayıb. “Qruziya Online” saytının verdiyi məlumata görə, Gürcüstandakı erməni icması hər il olanın əksinə olaraq bu dəfə “erməni soyqırımı”nın ildönümü ilə əlaqədar etiraz aksiyası keçirməyib. Erməni icması bunu gözlənilən təxribatların qarşısını almaq üçün Gürcüstan dövləti tərəfindən irəli sürülən təklif kimi təqdim etsə də, əslində, gürcülər də ermənilərin hansı xislətə sahib olduqlarını yaxşı bildiklərindən bu addımı atıblar. Təsadüfi deyil ki, hələ 19-cu əsrdə gürcü yazıçı və mütəfəkkiri İlya Çavçavadze də ermənilərin hansı məkr sahibi olduqları barədə öz xalqı ilə yanaşı, dünya ictimaiyyətini də məlumatlandırıb: “Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır”. Ermənilərin oğru kimi, təqdim edilməsi yenilik yenilik deyil. Elə gürcülərin “erməni gəldiyi yerə özü ilə dərd gətirər” deyimi də bu günlərdə ABŞ erməniləri tərəfindən bir daha təsdiqlənib. Belə ki, Ermənistanın “News.am” saytının məlumatına görə, ABŞ-da çirkli pulların yuyulmasında şübhəli bilinən Ermənistan vətəndaşları saxlanılıb. ABŞ-ın Federal İstintaq Bürosu Kaliforniya ştatının Santa-Ane şəhərində beş nəfər ermənidən ibarət dəstəni fırıldaqçılıq və çirkli pulların yuyulmasında şübhəli bilərək həbs edib. Los-Anceles federal prokurorluğunun məlumatına görə, həbs edilənlər 34 yaşlı Eduard Astvaçatryan, 24 yaşlı Ripsime Avaqyan, 46 yaşlı Armen Mkrtçyan, 54 yaşlı Sarkis Tabadyan və 31 yaşlı Artaş Stepanindır. Mənbənin sözlərinə görə, Kaliforniyanın Qlendeyl şəhərinin sakini Eduard Astvaçatryan ən azı 17 bank hesabı açaraq cinayət ortaqları ilə həmin hesablardan qeyri-leqal yolla pul qazanmaqla məşğul olublar. ABŞ-ın hüquq-mühafizə nümayəndələrinin açıqlamasına görə, həbs edilənlərin fəaliyyəti ölkənin vergi idarəsinə 14 milyon dollardan artıq ziyan vurub.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info