Madrid nəhəngləri “Bavariya” və “Mançester Siti”yə qarşı
Tarix: 25.04.2016 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Çempionlar Liqasında (ÇL) yarımfinal həyəcanı başlayır. Aprelin 26-si və 27-də finala gedən yolda ilk qarşılaşmalar baş tutacaq. Öncə meydana “Mançester Siti” ilə “Real” çıxacaq. Ölkə kubokunda mübarizəni çoxdan dayandıran və Primeroda da çempionluq şansı davam edən “Kral klubu” bütün ümidini bu turnirə yönəldib.
Eyni vəziyyət “şəhərlilər” üçün də keçərlidir. Manuel Pelleqrininin komandası daxili yarışlarda kubok şansını əldən verdiyindən, mövsümü ilk dəfə yarımfinalına qədər gəldiyi ÇL-in qalibi kimi bitirmək arzusundadır. “Real” İngiltərəyə ciddi problemlərlə yollanıb. Belə ki, komandanın lideri Kriştianu Ronaldo və digər aparıcı hücumçu Kərim Benzema zədədən əziyyət çəkirlər. Baş məşqçi Zinəddin Zidan portuqaliyalının matça hazır olacağını, fransalının isə durumuna oyun günü aydınlıq gələcəyini bildirib. Həmçinin, müdafiəçi Daniel Karvahal da hazırda zədəlidir. “Mançester Siti”də də zədə problemi mövcuddur. Premyer Liqanın son matçında zədələnən yarımmüdafiəçilər Yaya Ture və Fernandonun oynayacağı sual altındadı. Eyni vəziyyət bir müddətdi zədədən əziyyət çəkən digər orta sahə oyunçusu Samir Nəsri və mərkəz müdafiəçisi Vensan Kompani üçün də keçərlidir. Əsas heyət üzvlərindən Serxio Aquero, Nikolas Otamendi və David Silva son matçda yüngül xəsarət alsalar da, onların iştirakı üçün bir maneə yoxdur. Aprelin 27-də isə “Bavariya” İspaniyada “Atletiko”nun qonağı olacaq. Almanları ağır səfər öncəsi heyətdəki itkilər narahat etməyə bilməz. Mərkəz müdafiəçiləri Holqer Badştuber və Jerom Boatenq, eləcə də komandanın liderlərindən olan Aryen Robben hələ də sağalmayıb. “Atletiko”nun isə ən böyük itkisi Dieqo Qodindir. Həm uruqvaylı müdafiəçi, həm də braziliyalı yarımmüdafiəçi Tiaqo çox güman ki, qarşılaşmanı buraxacaq. Bu itkilərə baxmayaraq, “Bavariya”nın işinin Madriddə asan olmayacağı şübhəsizdi. Primeroda hələ də çempionluq uğrunda mübarizəni davam etdirən Dieqo Simeonenin komandası “Barselona”dan sonra Çempionlar Liqasının daha bir favoritini sıradan çıxarmaq əzmindədir. Cütlüklərlə bağlı əsas diqqət çəkən məqamlardan biri də “Mançester Siti”nin son 7, “Bavariya”nın isə 11 oyunda məğlub olmamasıdır. Bu da ispanların işinin çətin olacağından xəbər verir.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatı keçiriləcək
19.08.2019
Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci tura yekun vurulub
19.08.2019
Masallıda mini-futbol üzrə açılış mərəsimi keçirilib
19.08.2019
“Paris Sen-Jermen” klubu ikinci turda məğlub olub
19.08.2019
“Çelsi” ardıcıl iki oyunda qələbə qazana bilməyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info