Velosiped komandamız ikiqat çempionluğunu bayram edib
Tarix: 26.04.2016 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Xorvatiyada təşkil edilən 2.1 kateqoriyalı “Tour of Croatia” yürüşündə çıxışını ikiqat çempionluqla başa vurub.
Velosiped İdmanı Federasiyasından bildirilib ki, dünyanın ən güclü kollektivlərini qabaqlamaqla komanda hesabında çempion olan “Synergy Baku”, həm də yürüşün ən qiymətli köynəyini əldə edib. Dördüncü mərhələdən etibarən yarış liderinə verilən “qırmızı köynəy”i ələ keçirən Matiya Kvasinanın bu üstünlüyünü qoruması, həmçinin komanda hesabında liderliyi saxlamaq üçün “Synergy Baku”nun qarşısına əsas izləyiciləri özündən irəli buraxmamaq tapşırığı qoyulub ki, velosipedçilərimiz də bu vəzifənin öhdəsindən məharətlə gəliblər. 158 km-dən ibarət sonuncu, 6-cı mərhələdə Matiya Kvasina finişi 21-ci keçsə də, ümumi təsnifatda ilk pillədə qalıb və bununla da ən yaxın izləyicisi, Rusiyanın “Tinkoff” Dünya Turu klubunun üzvü Yesper Hanseni 24 saniyə qabaqlamaqla “Tour of Croatia”nın “lider köynəy”ini qazanıb. Sonuncu mərhələnin nəticəsi “Synergy Baku”ya ümumkomanda hesabında liderliyini qorumağa və çempion olmağa imkan verib - klubumuz ən yaxın izləyicisi, Sloveniyanın “Adria Mobil” kollektivini 4 dəqiqə, 15 saniyə qabaqlayıb. “Synergy Baku”nun digər üzvlərinə gəlincə, Kiril Pozdnyakov ümumi təsnifatda 7-ci, ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Elit yığma komandamızın üzvü Maksim Averin isə 15-ci olub. “Synergy Baku”nun daha bir nümayəndəsi Aleksandr Surutkoviç isə Bosniya və Herseqovinada təşkil edilən “Belgrade - Banjaluka II” yürüşündə çıxış edib. Bir gün öncə bu yarışın Serbiyadakı bölümündə 2-ci olan Surutkoviç bu dəfə 3-cü yeri tutub. Xatırladaq ki, 6 günlük yarışda Qazaxıstanın “Astana”, Cənubi Afrika Respublikasının “Dimension Data”, İsveçrənin “İAM Cycling”, Rusiyanın “Tinkoff” və ABŞ-ın “Trek Sagefredo” kimi Dünya Turu komandaları, həmçinin 7 peşəkar kontinental və 9 kontinental komanda çıxış edib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info