İrəvandakı müəmmalı partlayışdan ziddiyyətli açıqlamalar
Tarix: 26.04.2016 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


İrəvanda sərnişin avtobusunun partlayışının səbəbi, ilkin məlumatlara görə, bomba olub. Bu barədə hadisə yerində jurnalistlərə Ermənistan polis rəisi Vladimir Qasparyan deyib.Onun sözlərinə görə, partlayış mənbəyi avtobusun sağ tərəfində ikinci oturacağın yanında olub. Polisə partlayıcı qurğunun sərnişinlərdən birinin üstündə yaxud avtobusda qoyulduğu məlum deyil. Hazırda müşahidə kameralarının görüntüləri öyrənilir.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, partlayış aprelin 25-də saat 21:50 radələrində Halabyan küçəsində 63 saylı marşrut üzrə işləyən “Boqdan” markalı avtobusda baş verib.Avtobusda, sürücü də daxil olmaqla, 9 nəfər olub. Partlayış nəticəsində 2 nəfər ölüb. Bir nəfər tibbi yardım aldıqdan sonra xəstəxananı tərk edib. Zərərçəkənlərin hamısı Ermənistan vətəndaşlarıdır. Yaralılara “Armenia” tibb mərkəzində yardım göstərilir. Ermənistan FHN məlumatına görə, xəsarət alanların dördü kişi, üçü qadındır. Ən cavanı 14 yaşlı Edqar Qasparyan, ən yaşlısı 53 yaşlı qadın Hasmik Melkonyan. Anuş Yeğikyan (37 yaş) 3 aylıq hamilədir. Ermənistan səhiyyə naziri də açıqlama ilə çıxış edib: “Bütün xəsarət alanların vəziyyəti ağır, onlardan dördününü vəziyyəti – stabil ağır, cərrahiyə əməliyyatı edilən ikisinin isə - çox ağır kimi qiymətləndirilir. Onlardan birinin 20-22, ikincisinin 14 yaşı vardır”.Partlayışa görə hələ ki məsuliyyəti üzərinə götürən olmayıb. Hələlik işlər görülərkən və xidmət göstərilərkən təhlükəsizlik tələblərinə cavab vermədiyinə görə ehtiyatsızlıq ucbatından insan ölümünə gətirdiyi maddəsi üzrə cinayət işi açılıb.
Bu arada əhali arasında ajiotajın yaranmaması üçün ziddiyyətli açıqlamalar da gəlib. Belə ki,
İrəvanda avtobusda baş verən partlayış fuqaslı kimi qiymətləndirilir. “Gazeta.ru”nun verdiyi xəbərə görə, bunu “Facebook” səhifəsində Ermənistan polisi rəisinin müşaviri Narek Malyan bildirib.
“Avtobus dizel yanacağı ilə işləyib, avtobus yanmayıb, “quru partlayış” baş verib, avtobus hərəkətdə olarkən partlayıb, sürücü sağdır, partlayış fuqaslı, qəlpəsiz olub”, - deyə Malyan qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info