“Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik”
Tarix: 26.04.2016 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Azərbaycanın xarici işlər naziri Elmar MəmmədyarovBMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində İspaniyanın xarici işlər naziri Joze Manuel Qarsiya-Marqallo ilə görüşüb.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətindən, xüsusən də siyasi müstəvidə əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib. Tərəflər iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində bir sıra sənəd layihələrinin hazır olduğunu və yaxın zamanlarda imzalanacağına ümidvar olduqlarını bildiriblər.

E. Məmmədyarov Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranan son gərginlik və Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar, mülki əhalinin ağır silahlardan hədəfə alınması, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri ilə apardığı son telefon danışıqları barədə ispaniyalı həmkarına məlumat verib. Nazir əlavə edib ki, münaqişənin həllinə nail olmaq məqsədilə Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalı və hərtərəfli siyasi proses başlanmalıdır.
Joze Manuel Qarsiya-Marqallo ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb. İspaniyanın münaqişənin həlli ilə əlaqədar ədalətli mövqeyinin təqdir edildiyini deyən E. Məmmədyarov rəsmi Madridin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına da öz töhfəsini verdiyini söyləyib.
Qonaq BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun təşkilatçılığını və işini yüksək qiymətləndirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
21.11.2018
“Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
21.11.2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info