“Bakı yeni qlobal məkandır”
Tarix: 26.04.2016 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


“Forumun keçirilməsinə dəstək verdiyi üçün Azərbaycana təşəkkür edirəm. Orta əsrlərdə İpək Yolu o dövrün interneti, Bakı isə onun ən mühüm qovşaqlarından biri idi”.
Bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində İspaniyanın xarici işlər naziri Manuel Qarsia Marqallo söyləyib.
“Bu gün Bakıda ona görə toplaşmışıq ki, bura yeni qlobal məkandır. Bu tədbir bir növ hamını bir araya gətirir. Bütün bu əlaqələr bizim müxtəlif çağırışlarla əlaqədar tədbirlər görməyimizə xidmət edə bilər. Alyansa gəlincə, BMT-yə xidmət edən alət kimi müxtəlif cəmiyyətlər qarşısındakı ziddiyyətlərin aradan qaldırılmasına töhfə verəcək. Ona görə də Alyans çox mühüm platformadır. Sivilizasiyaların müxtəlifliyi tərəqqi əldə edilməsində danılmaz gücdür. Ona görə də prinsipial mövqedən çıxış etməliyik. Bütün sivilizasiyalar dinlərə, mədəniyyətlərə qarşılıqlı hörmət əsasında inkişaf edə bilər. Biz qlobal şəkildə insan hüquqlarının təmin edilməsinə öz töhfəmizi verməliyik”.
M. Marqallo bildirib ki, ümumi prinsiplərdən uzaqlaşmamalı, terrorizmə qarşı mübarizədə sivilizasiyalararası platforma yaradılmalıdır: “Terrorizm qurbanlarının əksəriyyəti müsəlmanlardır. Üzləşdiyimiz terrorizm o qədər nəhəngdir ki, bir bölgə təkbaşına bu fenomenə qarşı mübarizə apara bilməz. Dini və mədəni dialoq münaqişələrə son qoya bilər. Beləliklə də mədəni dialoqla münaqişələrin öncədən qarşısının alınmasına da diqqət yönəltməliyik. İspaniya Mərakeşlə birlikdə multikulturalizm tədbirləri həyata keçirib. Münaqişələrin qarşısının alınmasında qabaqlayıcı tədbir kimi mədəni tədbirlər diqqət mərkəzində olmalıdır. Terrorizmin qurbanlarının artmasının qarşısını da qabaqlayıcı tədbirlər almalıdır. İspaniya bu sahədə çoxsaylı tədbirlər təşkil edir. Amma buna baxmayaraq, bizim qət edəcəyimiz kifayət qədər böyük yol var”.
İspaniyanın xarici işlər naziri qeyd edib ki, zorakı ekstremizm təhdidi son illər artıb: “Biz birmənalı şəkildə ekstremizmə qarşı mübarizə aparmalıyıq, bu, mənəvi borcumuzdur. Bu, İspaniya üçün vacib məsələdir. Ona görə də 2015-ci ildə İspaniya xarici işlər nazirlərinin iştirakı ilə tədbir keçirdi və Madrid Bəyannaməsi qəbul edildi”.
İspaniya xarici işlər naziri Tolerantlıq Komitəsini yaratmağı da təklif edib: “Terrorizm qurbanları olan gənclər sülh və tolerantlıqla bağlı maarifləndirilməlidir. Bunun üçün özəl platforma yaradılmalıdır. Sosial şəbəkələrdən, video oyunlardan istifadə edilməlidir. Media da bu baxımdan müxtəlif din və mədəniyyətlərin təbliğində mühüm rol oynamalıdır. Bizim təbliğat kanallarımız birbaşa qurbanlara çıxmalıdır. Sizi dini liderlərin İspaniyada keçirilən toplantısında da iştirak etməyə çağırıram . Mütəxəssislərin də sülh quruculuğu ilə bağlı məsələlərə rəy və təkliflərini verməyə çağırıram. Qadınların aktiv iştirakı olmadan sülhün təmin edilməsinin mümkün olmadığını da bir daha vurğulayıram”.
M. Marqallo gənclərin gələn il bir toplantısının keçirilməsini, həmin toplantıda multukulturalizm, sülh məsələlərin müzakirə olunmasını təklif edib: “Əsas odur ki, müxtəlifliyə baxmayaraq birgə yaşamağı bacaraq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info