“Suriya probleminin həlli Rusiyanın mövqeyindən asılıdır”
Tarix: 28.02.2013 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


Suriya münaqişəsinin həlli yolu yaxın bir neçə həftə ərzində tapıla bilər. Bunu Rusiyada rəsmi səfərdə olan Fransa prezidenti Fransua Olland deyib. O bildirib ki, yaxın bir neçə həftə ərzində Suriyada müharibəyə son verəcək siyasi bir həll yolu tapıla bilər.
Bəşər Əsədin hakimiyyətdən getməsi mövzusunu Vladimir Putinlə müzakirə edəcəyini söyləyən F. Olland, Suriyada iqtidar dəyişikliyi mövzusunda dialoq qura biləcəyinə ümid etdiyini vurğulayıb: “Fransanın mövqeyi Əsədin getməsindən yanadır. Suriya müxalifətinin getdikcə gücləndiyini görürük. Müxalifət ölkənin gələcəyi üçün məsuliyyəti öz üzərinə götürə bilər. Onlar Əsədlə dialoq təklifini qəbul etmirlər. Suriya probleminin hərbi yolla həll edilməsi imkansızdır. Problemin həllinin vaxtı Vladimir Putinin mövqeyi ilə yaxından bağlıdır”. Fransa prezidenti Fransa hərbi kontingentinin Əfqanıstandan çıxarılmasında V. Putindən kömək istəyəcəyini də açıqlayıb: “Malidə keçirdiyimiz əməliyyatlarda da Rusiya bizə dəstək verdi. Çünki biz, oradakı əməliyyatları beynəlxalq ictimaiyyətin xeyrinə həyata keçirirdik. Rusiya və Fransa böyük gücdürlər. BMT Təhlükəsizlik Şurası çərçivəsində dünyanın gələcəyi ilə bağlı məsuliyyətlərimiz var”. F. Olland məşhur aktyor Jerard Depardyenin Fransa vətəndaşlığından imtina edərək Rusiya vətəndaşlığına keçməsinə də münasibət bildirib: “Hər kəsin öz azad yaşam tərzi var. Depardye ölkədən ayrılmağa qərar verib. O, Rusiyanı sevir, Rusiya da onu... Bu, anlaşılandır. Lakin buna baxmayaraq, Depardye Fransanın məşhur aktyoru kimi qalacaq”.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var
24.04.2019
Cәnubi Afrikada daşqınlar 37 nәfәrin hәyatına son qoyub
24.04.2019
“İnterpol”un eks-rəhbəri barədə həbs qərarı verildi
24.04.2019
Türkiyə XİN: Trampın 1915-ci il hadisələri ilə bağlı açıqlamasını rədd edirik
23.04.2019
Şri-Lanka hadisələrini DAEŞ boynuna götürdü, amma...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info