Azərbaycanın bu kompleksi dünyada önəmli layihələrdən biri seçilib
Tarix: 26.04.2016 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilmiş Qlobal Su Sammitində Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi dünya su sənayesinə verilən dəyərli töhfə kimi qiymətləndirilib.“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Əbu-Dabi şəhərində təşkil olunmuş sammitə dünyanın müxtəlif ölkələrindən dövlət və özəl qurumlarının rəsmiləri ilə yanaşı, Su Təsərrüfatı Liderləri Qrupunun üzvü qismində Azərbaycan da dəvət alıb. Beynəlxalq tədbirdə ölkəmizi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəsmilərindən ibarət nümayəndə heyəti təmsil edib.Sammitin əsas özəlliyi dünyada ilin ən önəmli 4 iri su layihəsinin müəyyənləşdirilməsi olub. Qlobal Su Təsərrüfatı Liderləri qrupunun 2500 üzvünün iştirakı ilə keçirilən səsvermədə ABŞ, İordaniya və Konqoda tətbiq olunan yeni sutəmizləmə üsulları ilə yanaşı, Azərbaycana məxsus Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi 2016-cı ildə dünya su sənayesinin ən önəmli layihəsi seçilib.Sammitdə çıxış edən ABŞ Ağ Ev Administrasiyasının su işləri ofisinin rəhbəri Ali Zaidi qlobal su problemləri mövzusunda etdiyi məruzədə yeni texnologiyalara əsaslanan sutəmizləyici qurğulardan istifadənin əhəmiyyəti barədə məlumat verib. Qeyd olunub ki, hazırda dünyada içməli su ehtiyatları və mənbələrdən məqsədyönlü istifadə ilə bağlı ciddi problemlər var. Ağ Ev rəsmisi belə aktual məsələyə həssaslıqla yanaşan və su ehtiyatlarının qorunması istiqamətində kompleks layihələr icra edən dövlətlərə Su Təsərrüfatı Liderləri Qrupu adından minnətdarlığını bildirib.Sammit iştirakçıları Azərbaycan, Konqo, İordaniya və ABŞ-a məxsus yeni sutəmizləyici qurğu kompleksləri haqqında videoçarxlar, həmçinin nəşr nümunələri ilə tanış olublar.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Teyyub Cabbarov Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyəti və layihə ilə bağlı görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, əhalinin keyfiyyətli içməli su ilə təmin olunması və su ehtiyatlarından səmərəli istifadə Azərbaycan dövlətinin prioritet hesab etdiyi sahələrdəndir. Dünyanın ən müasir təmizləmə sistemlərinin tətbiq olunduğu Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksində saniyədə 6,6 kubmetr yüksək keyfiyyətli içməli su istehsal olunur. Ənənəvi təmizləmə qurğularından fərqli olaraq burada su ultrasüzgəc texnologiyasına uyğun ən yüksək səviyyədə, heç bir kimyəvi təmizlənmə aparılmadan tam qapalı, avtomatik rejimdə mexaniki üsulla təmizlənir və istehlakçılara verilən suyun təbii mineral tərkibi tam qorunub saxlanılır. Ultrasüzgəclərdə aparılan təmizləmə zamanı su bakteriya, virus, bəzi həll olunmamış duzlar və ağır metallardan təmizlənir, bulanıqlıq, xoşagəlməz iy və dad aradan qaldırılır. Burada emal edilən su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir.Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, kompleksdə bütün texnoloji proseslər – suyun qəbulu, həcmi, təzyiqi, təmizlənməsi, hər bir mərhələdə keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması tam avtomatlaşdırılıb. Emal prosesinin məsafədən idarə edilməsi üçün Mərkəzi idarəetmə - SCADA sistemi yaradılıb. Kompleksin tikintisində dünyanın inkişaf etmiş ölkələrinin bu sahədə ixtisaslaşmış şirkətlərinin avadanlıqlarından və cihazlarından istifadə olunub.Qlobal Su Təsərrüfatı liderləri sammit çərçivəsində Birgə Fəaliyyət Planı haqqında müzakirələr aparıb, dünya əhalisinin içməli suya olan tələbatının ödənilməsinin perspektivlərini araşdırıblar.Xatırladaq ki, 2015-ci ildə “Qlobal Su təsərrüfatı liderləri” Qrupunun təşkilatçılığı ilə Yunanıstanın paytaxtı Afinada keçirilmiş sammitdə kommunal sahədə nailiyyətlərə və göstərilən yüksək xidmətə görə “Azərsu” ASC “Qlobal Su təsərrüfatı liderləri” Qrupu tərəfindən 2015-ci ilin “Su Liderləri” nominasiyasında mükafata layiq görülüb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info