Culfada bir gündə 60-dan çox cərrahiyyə əməliyyatı aparılıb
Tarix: 26.04.2016 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr edilmiş aksiyalar çərçivəsində muxtar respublikanın yeni səhiyyə müəssisələrindən olan Culfa Rayon Mərkəzi Xəstəxanasında bir gündə 62 cərrahi əməliyyat aparılıb.AZƏRTAC xəbər verir ki, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin cərrahlarının və əməliyyat blokunun tam heyətinin iştirakı ilə keçirilən aksiyada cərrahi müdaxiləyə ehtiyacı olan xəstələr üzərində aparılan uroloji, proktoloji qiqant, yırtıq, öd kisəsi əməliyyatları uğurla yekunlaşıb, onlar birgünlük müşahidədən sonra evlərinə buraxılıblar. Bundan başqa, 97 xəstə ambulator müayinələrdən keçirilib.Ordubad rayonundakı Sabirkənddə yaşayan Əli və Amin qardaşları üzərində də uğurlu əməliyyat aparılıb. Onların atası, birinci qrup əlil İqrar Məmmədov övladlarının başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunmasına görə minnətdarlıq edib. Aksiyanı aztəminatlı ailələrdən olan xəstələrə dəstək məqsədi ilə keçirilən xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib.Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri yerli həkimlərə tibbi avadanlıqların işləmə qaydalarını da öyrədiblər. Laboratoriyada ümumi analizlərin aparılması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi yerli tibb işçilərinə izah edilib.Muxtar respublikanın səhiyyə sistemində həyata keçirilən islahatların mühüm bir istiqaməti əhaliyə göstərilən tibbi xidmətin əhatəsini genişləndirmək, bölgələrdə cərrahiyyə əməliyyatlarını təşkil etmək, müayinə və müalicə işlərini daha da yaxşılaşdırmaqdır.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info