Uqo Çaves müəmması
Tarix: 28.02.2013 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


“Venesuela prezidenti Uqo Çaves 4 gün əvvəl Kubada dünyasını dəyişib və beyin ölümü gerçəkləşən Çaves Havanadan Venesuelaya gətirilib”.
Bu şok bəyanatla Amerika Dövlətləri Təşkilatındakı sabiq Panama səfiri Qilyermo Koçes çıxış edib. Sabiq səfir Kolumbiya telekanallarından birində bildirib ki, Venesuela prezidentinin həyat aparatından ayrılmasının Kubada deyil, vətənində icra edilməsi məqsədilə onu Karakasa gətiriblər. Venesuelanın Xarici İşlər Nazirliyi bu iddiaları təkzib edib və onların bütün faktlara zidd olduğunu bəyan edib. Bu bəyanata cavab olaraq isə Qilyermo Koçes şayiələrin təkzib edilməsi üçün Uqo Çavesin xalq arasına çıxmasını təklif edib. Qeyd edək ki, rəsmi məlumatlara görə, Uqo Çaves Kubada 2 aylıq onkoloji müalicə kursundan sonra Venesuelaya qayıdıb və hazırda hərbi hospitalda müalicəsini davam etdirir. Bu müddət ərzində kütləvi-informasiya vasitələrində Venesuela prezidentinin öz qızları ilə birlikdə xəstəxanada çəkilmiş cəmi bir şəkli yayılıb.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Sudan prezidenti bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib
22.02.2019
100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir
22.02.2019
Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib
22.02.2019
Pompeo: “Huawei“dən istifadə edən heç bir ölkə ilə əməkdaşlıq etməyəcəyik“
22.02.2019
Hindistanda donuz qripi sürətlə yayılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info