6 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil ediləcək
Tarix: 26.04.2016 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası tərəfindən aprelin 27-29-da 6 rayonda (Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı) səyyar formada protez-ortopedik bərpa xidməti göstəriləcək.
Tibbi-texniki briqada aprelin 27-də saat 9.00-dan 18.00-dək Quba rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Qusar rayonunun, aprelin 28-də saat 9.00-dan 18.00-dək nazirliyin Xaçmaz rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında isə həmin rayonun əlilliyi olan və sağlamlıq imkanları məhdud sakinlərinə xidmətlər göstərəcək. Aprelin 29-da saat 9.00-dan 13.00-dək nazirliyin Şabran rayon ƏSMM-nin inzibati binasında Şabran rayonunun, həmin gün saat 14.00-dan 18.00-dək Siyəzən rayon ƏSMM-nin inzibati binasında Siyəzən və Xızı rayonlarının müvafiq təbəqələrdən olan sakinlərinin protez-ortopedik bərpa xidmətləri ilə təminatı həyata keçiriləcək.
Əvvəlcədən qeydiyyata alınmış, habelə briqadaya birbaşa müraciət edən insanlar aidiyyəti xidmətlərlə təmin olunacaqlar.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info