İspaniyanın sabiq baş naziri: “Azərbaycanın özü bir sivilizasiya alyansıdır”
Tarix: 26.04.2016 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


“Azərbaycan özü-özlüyündə bir sivilizasiya alyansıdır”. Bunu İspaniyanın sabiq baş naziri Xose Luis Rodrigez Zapatero Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən "Zorakı ekstremizmə qarşı platforma və tərəfdaşlıq" adlı panel müzakirəsində deyib. O, 2005-ci ildə Sivilizasiya Alyansının yaranmasına təşəbbüs göstərdiyini deyib: “XXI əsrdə müxtəlifliklərin səbəbi din və mədəniyyətlər arasında fərqliliklərdir. Birlik üçün BMT adı altında birləşmək lazımdır. Bütün dünyaya sülh ismarıcının carşısı olmalıyıq. Terrorizmdə din adından istifadə edilir, halbuki din sülh və zorakılığa qarşı əməkdaşlığa çağırır".
Fransanın keçmiş baş naziri və xarici içlər naziri Dominik de Vilpen isə bildirib ki, dünya zorakı ekstremizmin mahiyyətini tam anlamır: "Bu son 10 ildə düşdüyümüz böyük tələdir. Bizim zorakı ekstremizmə cavabımız təəssüf ki, hərbi cavab olub. Bu da terrorizmi daha da gücləndirib. Biz gözlədiklərimizin əksini görürük, getdikcə coğrafiyası genişlənir. Biz dialoqa səy göstərməliyik. Mən Çinin irəli sürdüyü İpək yolu təşəbbüsünü ən gözəl layihə hesab edirəm. Məhz iqtisadiyyatın Asiyada, Şərqdə gücləndirilməsi, infrastrukturun buralarda qurulması bu problemlərin həllinə yol açacaq. Məhz strateji iqtisadi təşəbbüslər ən yaxşı yoldur. Digər həll yolu isə güclü bir qurumdur. Artıq BMT güclü deyil. Orada islahatlar aparmaq lazımdır. Müstəqil sülhyaradıcı qüvvələri olmalıdır".
BMT-nin terror əleyhinə direktoratlığının icraçı direktoru Jan Pol Laborde isə bildirib ki, zorakı ekstremizmlə mübarizənin bir neçə həll yolu var: "BMT Təhlükəsizlik Şurası müəyyən uğurlar qazanan sənədlər qəbul edib. Lakin Sivilizasiyalar Alyansı ilə bir araya gəlib elə həll yolları ortaya qoymalıdır ki, hərbi yoldan effektiv olsun. Gənclər artıq gələcək üçün deyil, indiki zaman üçün işləməlidirlər. Digər məsələ isə ondan ibarətdir ki, biz vətəndaş cəmiyyətləri ilə işləməliyik. Bunu BMT TŞ-də görmək çox vacibdir. Həmçinin özəl müəssisələrlə işləməliyik. Əlimizdə olan kanallardan istifadə etməliyik".

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info